Avtomobilini tez satmaq istəyənlərə -3 MƏSLƏHƏT

Avto 25 Avqust 2017 11:07 1708
Avtomobilini tez satmaq istəyənlərə -3 MƏSLƏHƏT

Əgər avtomobilinizi mümkün qədər tez satmaq sizin gündəliyinizdə 1 nömrəli məsələdirsə, onda bu məqalə məhz sizin üçündür. 

“Sürətli satışların” baza düsturu əsrlər boyu dəyişməz qalır və yəqin ki, hamıya yaxşı tanışdır: “qiymət + reklam”. Əlbəttə, bu düstur universaldır və istənilən mala və ya xidmətə şamil oluna bilər. Lakin əgər siz istifadə olunmuş və xeyli məsafə qət etmiş avtomobili satmaq istəyirsinizsə, aşağıda diqqətinizə çatdıracağımız bəzi təfsilatları nəzərə almalısınız.  

1. Qiymət həddindən artıq aşağı olmamalıdır 

Sizin satmaq istədiyiniz avtomobilin qiyməti, təbii ki, satışın nə dərəcədə tezliklə baş tutacağını müəyyən edən həlledici amillərdən biridir, belə ki, münasib qiymət potensial alıcını özünə cəlb edir. Amma burada mühüm amil ondan ibarətdir ki, qiymət həddən artıq aşağı olmamalıdır. 

2. Ən cəlbedici təklif eyni avtomobillərin qiymətindən 20% aşağı təklif etməkdir

Buraxılış ilindən asılı olaraq istifadə olunmuş və xeyli məsafə qət etmiş kütləvi avtomobil modelləri üçün ən cəlbedici qiymət analoji avtomobillər üçün satıcıların tələb etdiyi qiymətdən təxminən dörddə bir dəfə (20%-dən 30%-dək) aşağı olan qiymətdir. 

Bundan aşağı qiymət qoymaq məsləhət deyil, təcrübə göstərir ki, bu, avtomobilin satışını heç də tezləşdirmir. Belə halda potensial alıcıda, haqlı olaraq, avtomobilin problemləri barədə şübhələr yaranır. O düşünür ki, avtomobil ciddi qəzaya məruz qalıb, hissə və detalları olduqca köhnəlib və onda sizin gizli saxladığınız ciddi nasazlıqlar var. 
Bu halda avtomobil satışı barədə sizin bu elanınızla bağlı ya heç kim sizə zəng vurmayacaq, ya da zəng edənlər sizi sorğu-suala tutaraq hədər yerə vaxtınızı alacaqlar. Buna görə də açıq-aydın aşağı qiymət satışı nəinki tezləşdirməyəcək, əksinə daha da yubandıracaq.

3. Təcili pul lazımdırsa, elana vaxt sərf etməyin...

Əgər sizə təcili pul lazımdırsa və avtomobilinizi bazar qiyməti ilə müqayisədə yarı qiymətinə və daha ucuz satmağa hazırsınızsa, onda elana vaxt sərf etməyə dəyməz. Bu halda avtomobilinizi avtomobil alışı ilə məşğul olan “alverçilərə” satmaq daha yaxşı olar. 
Amma yadda saxlayın ki, avtomobilinizi ucuz qiymətə alan “alverçilər” sizə hansı məbləği təklif edirlərsə-etsinlər, onların təklif etdiyi məbləğ sizin tələskənliyə yol vermədən avtomobili özünüz satdığınız zaman ala biləcəyiniz məbləğin təxminən 30-35%-i qədərdir. 

Əgər sizin təklifiniz barədə çoxlarının xəbəri olmasa, onda hətta ən maraqlı və əlverişli qiymət təklifi belə sizə kömək etməyəcək. Buna görə də yaxşı olar ki, asudə vaxtlarınızda bir az vaxt sərfə edərək elanınızı mümkün qədər çoxlu qəzet, jurnal və internet saytlarına yerləşdirin. Onda avtomobilinizlə maraqlanan potensial alıcıların zəngini gözləməyə çoxlu vaxt itirməzsiniz. 

OXŞAR XƏBƏRLƏR