Tibb işçisi lotereyada 758 milyon dollar udub

Sağlıq 26 Avqust 2017 00:24 1528
Tibb işçisi lotereyada 758 milyon dollar udub

ABŞ-ın Massaçusets ştatında tibb işçisi çalışan iki uşaq anası Mevis Uonçik “Powerball” lotereyasının 758 mln. dollar məbləğində rekord cekpotunu udub.      
 


 “Gazeta.ru”nun verdiyi xəbərə görə,  53 yaşlı Mevis Uonçik həyatda planlarını dəyişdiyini və artıq çalışdığı xəstəxananın rəhbərliyinə işə qayıtmaq istəmədiyini bildirib.


 
Məlumata görə, uduşu birdəfəlik götürmək niyyətində olan M.Uonçik vergilər tutulduqdan sonra 480 mln. dollar əldə edəcək.   

 

©APA

OXŞAR XƏBƏRLƏR