Bu universitetləri bitirənləri dərhal işə götürürlər – SİYAHI

Təhsil və karyera 26 Avqust 2017 00:47 2850
Bu universitetləri bitirənləri dərhal işə götürürlər – SİYAHI

Quacquarelli Symonds (QS) təşkilatı hər il dünyanın ən yaxşı universitetlər reytinqini (sırlamasını) yeniləyir. Seyyah.az turizm və təhsil portalı xəbər verir ki, universitetlərin reytinqi tərtib ediləndə müəssisənin reputasiyası, məzunları və onların daha sonra işəgötürənlər tərəfindən işlə təmin olmaları, eyni zamanda bu və ya digər elmi jurnalda qanuni dərc edilmiş elmi-tədqiqat məqalələrinin sayından asılıdır. QS bütün bu göstəriciləri nəzərə alaraq müəssisəyə 100 baldan qiymət verir.

Tələbə üçün əsas problem yekunda yaxşı bir işə nail olmaq üçün lazımi universitet seçməkdir. “Business Insider” QS reytinqində (sıralamasında) ən böyük nəticələr əldə etmiş universitetləri seçib.

Bir qayda olaraq dünya üzrə aparıcı universitetlərin qiymətləndirilməsi (balları) praktiki olaraq eynidir. Əsas fərq işəgötürənlərdədir. Buna görə də QS işəgötürənlərin bu və ya digər təhsil müəssisəsinə verdikləri əlavə ballara əsaslanaraq, qiymətləndirmə cədvəlini hazırlayıb.

 

15-ci yer (Dünya üzrə 33-cü yerdə). Münhen Texniki Universiteti. Bu Almaniya universitetinin 13 nəfər məzunu Nobel mükafatı laureatı olub. İşə götürülmə göstəricisinə görə universitet 97.6 bal toplayıb.

 

14-cü yer (30). Milanda yerləşən Bokkoni Universiteti dünya üzrə əsasən öz MBA təhsil proqramları ilə məşhurdur. Nəticə etibarı ilə işəgötürənlər bu universiteti olduqca yüksək QS-dən 98.1 balla qiymətləndiriblər.

 

13-cü yer (26). ETH Sürix - İsveçrə Federal Texnologiya İnstitutu işəgötürənlər tərəfindən 98.9 bal nəticə toplayıb. İsveçrədə məzunlarının işlə təmin olunması göstəricisinə gəldikdə ən öndə gedən təhsil ocağı Sürix Universitetidir.

 

12-ci yer (24). Uorvik Universiteti - əsasən isə onun biznes məktəbi Britaniya biznes dairələrində istedadlı gəncləri yetişdirən bir məkan kimi tanınır. Təhsil ocağının ən uğurlu məzunları arasında İngiltərə Bankının indiki baş iqtisadçısı Endi Holdeynin adını çəkmək olar.

 

11-ci yer (20). London Universitet Kolleci (LUK) Böyük Britaniya üzrə 3-cü ən yaxşı universitet adını qazanıb. İşəgötürənlər tərəfindən 99.3 bal bu nəticəni əldə etməyə imkan verib.

 

10-cu yer (19) HEC Paris Milli Administrasiya Məktəbi – (PMAM) Fransanın və BVF-nin sabiq prezidentləri Fransua Olland və Dominik Stross-Kanın məzun olduqları bu ali təhsil müəssissəsi dünya işagötürənləri arasında çox böyük nüfuza malikdir. PMAM 99.3 bal toplayıb.

 

9-cu yer (17). Fransa Politexnik Məktəbi 99.7 bal yığıb. Onun məzunları arasında 3 nəfər sabiq Fransa prezidentləri və 3 nəfər Nobel mükafatçısı yer alıb.

 

8-ci yer (15). Mançester Universiteti QS reytinqində (sıralamasında) son illərdə stabil şəkildə nəticələrini artırır. İşəgötürənlərin bu universitetə verdikləri 99.7 bal uğurlu inkişafın nümunəsidir.

 

7-ci yer (11). INSEAD – Baş korpusu Fransanın Fontenblo komuunasında yerləşən bu təhsil ocağının ən tanınmış məzunu “Credit Suisse's” şirkətinin təsisiçisi Tidcan Thiamdır. İşəgötürənlər arasında da universitet demək olar ki, mükəmməl qiymətləndirməyə (99.9) malikdir.

 

6-cı yer (10). London Biznes Məktəbi (LBM) – QS üzrə ən yüksən (100 bal) nəticə əldə etmiş ilk 6 ali məktəblərdən biridir. Tanınmış məzunları sırasında Uqandanın indiki maliyyə naziri və 2014-cü Nobel mükafatı qalibi, iqtisadçı Jan Triole yer alıblar.

 

5-ci yer (8). London İmperial Kolleci – QS üzrə 9-cü yerdə qərarlaşmış və dünyada çox yaxşı tanınan elmi və mühəndislik dərəcələri ilə məşhurdur. Bu müvəffəqiyyətin böyük bir hissəsi işəgötürənlərdən gələn mükəmməl qiymətləndirməyə əsaslanır.

 

4-cü yer (7). CentraleSupelec və ya daha qısa “Supelec” Parisdə yerləşir və ancaq mühəndislik (texniki) elmləri üzrə ali təhsilə əsaslanır. Bu səbəbdən bu təhsil ocağının məzunları mühəndislik yönümlü işəgötürənlər arasında mükəmməl reputasiyaya malikdirlər.

 

3-cü yer (6). London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi. Londonun mərkəzində yerləşən bu ali təhsil müəssisəsinin məzunları sırasına məşhur investor Corc Soros, Yunanıstanın keçmiş Baş-naziri Qeorqios Papandreu və “Rolling Stones” qrupunun siması Mik Cager daxildirlər.

 

2-ci yer (3). Kembric Universiteti. Bu universitetin dünya üzrə nəticələrini nəzərə alsaq onun bu sıralamada yer alması heç də təəccüblü deyil. Bütün dünya üzrə işəgötürənlər bu universitetin məzunlarını ələ keçirib, öz işlərinə cəlb etməyə çalışırlar.

 

1-ci yer (2). Oksford Universiteti. Bu il Oksford Universiteti QS-də Kembricə məğlub oldu, lakin yenə də Oksford Universiteti dünyanın ən yaxşı təhsil ocaqlarından biridir. İşəgötürənlər arasında da onun qiymətləndirilməsi olduqca yüksəkdir. Böyük Britaniyanın əsas birja indeksi olan “FTSE 100”-ə görə ölkənin 56 böyük şirkət təsisçisindən 42 nəfər bu universitetin məzunudur və eyni zamanda Britaniyanın Baş-nazirləri də bu ali təhsil ocağının məzunları sırasına daxildir. Bütün bu nəticələri nəzərə alsaq, heç də təəccüblü deyil ki, niyə işəgötürənlər bu universitetin məzunlarını bəyənir və onları yüksək qiymətləndirirlər.

OXŞAR XƏBƏRLƏR