Bakalavrların qeydiyyat müddəti uzadılıb

Təhsil və karyera 26 Avqust 2017 00:55 1246
Bakalavrların qeydiyyat müddəti uzadılıb

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyat müddəti uzadılıb

Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-dək uzadılıb. Seyyah.az turizm və təhsil portalı Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən məlumat verilib.

Ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar 28 avqust saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.

 

OXŞAR XƏBƏRLƏR