Xərçəngə və infarkta qarşı inqilabi ixtira

Xərçəngə və infarkta qarşı inqilabi ixtira
Sağlıq 29 Avqust 2017 23:21 1326
Xərçəngə və infarkta qarşı inqilabi ixtira

Beynəlxalq mütəxəssislərdən ibarət bir qrup alim kanakinumab peyvəndinin eyni zamanda ürək-damar xəstəlikləri və xərçəngin yaranma riskini aradan qaldırdığını müəyyən ediblər.

Seyyah.az turizm və sağlamlıq saytı Lenta.ru saytına istinadla xəbər verir ki, aparılan tədqiqatlar zamanı kanakinumab peyvəndi vurulduqdan sonra ölümcül nəticələnmə ehtimalı olanlar da daxil olmaqla, ürək-damar xəstəlikləri riskinin 15 faiz, damarların şuntlanma ehtiyacının isə 30 faizə azaldığı bəlli olub. Xərçəng xəstəliyinin isə, xüsusilə ağciyər xərçəngi riskinin 75 faiz azaldığı müəyyən edilib. Bunun baş vermə səbəbləri hələ də tam aydınlanmayıb. Tədqiqatlarda ortalama 61 yaşında, miokard-infarkt keçirmiş 17,5 min nəfər iştirak edib.

Araşdırmaların həmmüəllifi Pol Ridker deyib: “Həyatım boyunca mən profilaktik kardiologiyanın üç inqilabi dövrünə şahid olmuşam. Bunlardan ilki pəhrizlərin, fiziki aktivliyin və siqaretdən imtina etməyin bu sahədə vacibliyinin qəbul edilməsi, ikinci statin kimi yağların miqdarını azaldan preparatların bizim üçün qiymətini başa düşməyimiz olub. Hazırda isə biz alimlər bu sahədə yeni, üçüncü inqilabi ixtiraya öz qapılarımızı açırıq. Bu çox maraqlıdır”.

OXŞAR XƏBƏRLƏR