Bağırsaq mikroblarının beyinə təsiri aşkar edilib

Bağırsaq mikroblarının beyinə təsiri aşkar edilib
Sağlıq 29 Avqust 2017 00:09 1358
Bağırsaq mikroblarının beyinə təsiri aşkar edilib

ABŞ-ın İllinoys Universitetinin alimləri tərəfindən aparılan araşdırmada bəzi bağırsaq mikroblarının beyin metabolitləri ilə kortizol hormonu vasitəsilə ünsiyyətə keçdiyi bildirilib. Bu kəşfin autizmin xüsusiyyətlərinin açıqlanması üçün potensial yol xəritəsi ola biləcəyi ifadə edilib.

Seyyah.az turizm və sağlamlıq portalı “sciencedaily.com” saytına istinadla xəbər verir ki, araşdırma beyin və bağırsaq inkişafı yeni doğulan uşaqlarınkı ilə oxşar olan bir aylıq donuz balaları üzərində aparılıb.

Üç mərhələli tədqiqatın ilk hissəsində donuz balalarının ishallarındakı bakteriya və bağırsaqlarında get-gedə artan kütlənin miqdarı təyin olunub. Paralel olaraq beyində və qanda müəyyən komponentlərinin konsentrasiyaları ölçülüb.

Araşdırmada heyvanların nəcislərində “Ruminococcus” bakteriyasının daha sıx olduğu halda beyində aspartik turşunun törəməsi “N-Asetilaspartat”ın miqdarının azaldığı müşahidə edilərkən, “Ruminococcus”un digər bakteroidlərlə əlaqəli bəzi tapıntılarının autustiklərdə rast gəlinən nəticələrlə üst-üstə düşdüyü diqqəti çəkib.

Elm adamları araşdırma zamanı nəcis mikrobiotası ilə serotonin və kortizol arasında üçlü bir əlaqə olduğu kəşf ediblər. Belə ki, bakteroidlərin daha yüksək serotonin səviyyəsi, “Ruminococcus”un isə daha aşağı serotonin və kortizol konsentrasiyaları ilə əlaqəli olduğu müşahidə edilib.

Kortizolun “Ruminococcus” və beyində “N-Asetilaspartat” konsentrasiyaları arasında bir növ vasitəçilik etdiyini, yəni “Ruminococcus”un kortizol vasitəsilə beyinlə əlaqəyə keçdiyi və beyində dəyişikliklərə gətirib çıxardığı təyin olunub.

OXŞAR XƏBƏRLƏR