Acqarnına limonlu su içməyin inanılmaz faydaları

Acqarnına limonlu su içməyin inanılmaz faydaları
Sağlıq 29 Avqust 2017 01:50 1310
Acqarnına limonlu su içməyin inanılmaz faydaları

Limonlu isti suyun insan orqanizminə bir çox faydaları var.

Axşam.az xarici KİV-ə istinadən həmin faydalardan bir neçəsini təqdim edir:

Bağırsaqların fəaliyyətini yaxşılaşdırır – ac qarına hər səhər bir stəkan isti və ya ilıq limonlu su içmək bağırsaqların doğru işləməsinə şərait yaradır.

Arıqlamağa kömək edir – səhərləri içəcəyiniz bir stəkan limonlu isti su həzmi yaxşılaşdıraraq, arıqlamağa kömək edəcək.

Burun və boğaz tutulmasının qarşısını alır – isti su soyuqdəyməyə, öskürək və boğaz ağrısına kömək edir. Bəlğəmi aparır, nəfəs borusuna yaxşı təsir edir.

Menstruasiya ağrılarını azaldır – isti limonlu su menstruasiya ağrılarını azaltmağa kömək edir. Suyun istiliyi qarın əzələlərində sakitləşdirici təsirə malikdir.

Qocalmanın qarşısını alır – isti limonlu su içmək dərinin elastikliyini artırır, dəri hüceyrələrini bərpa edir və daha hamar cildə sahib olmağa səbəb olur.

Saçlarınızı canlandırır və uzadır – isti limonlu su içmək yumşaq, parlaq saç əldə etmək üçün də yaxşı bir yoldur. Saç kökündəki sinir uclarını hərəkətə gətirir. Eyni zamanda saçların inkişafını da sürətləndirir.

OXŞAR XƏBƏRLƏR