Hotel kimi rahat olan – 12 HƏBSXANA-FOTOLAR

Hotel kimi rahat olan – 12 HƏBSXANA
Xaricdə iş və miqrasiya 29 Avqust 2017 02:36 2126
Hotel kimi rahat olan – 12 HƏBSXANA-FOTOLAR

Finlandiya, Norveç, Yaponiya, Avstriya və digər inkişaf etmiş ölkələrdəki həbsxanalar necədir? Azərbaycanda «həbsxana» deyəndə, göz önünə dar və rahatlığı olmayan kameralar, sərt nəzarətçilər  və gərgin mühit gəlir. Amma dünyanın bəzi ölkələrində həbsxanadar az qala hotellərə bənzəyir (düzdür, Hilton deyil, amma yenə də). Belə həbsxanalar hətta ən amansız cinayətkarların da reablitasiyası üçün yaradılıb.  Buradakı şəraiti isə müəyyən dərəcədə hətta dəbdəbəli saymaq olar. Məsələn, Norveç həbsxanasında əla avadanlıqları olan idman zalları, Uelsdə isə hətta bilyard stolları var.

Seyyah.az dünyanın müxtəlif ölkələrindəki həbsxanalarda yaradılmış şəraiti təqdim edir. Beləliklə,

 

Finlandiyanın Suomenlinn həbsxanasında tikanlı məftil yoxdur, yalnız hündür olmayan hasar var. Ona görə də buranı «açıq həbsxana» adlandırırlar.

Qonşu Norveçdə, Xalden həbsxanasında məhbuslara yemək hazırlamağa, videooyunlar oynamağa və basketbola məşğul olmağa icazə verirlər. Yumşaq döşəklərin olduğu kameralar  isə cəzaçəkmə yerindən çox universitet yataqxanasına oxşayır. Norveçlilər hesab edir ki, əgər məhbuslarla insan kimi rəftar edilsə onlar yenidən cəmiyyətin normal üzvünə çevrilə bilərlər.

Xaldendə olduğu kimi, Yeni Zelandiyanın Otaqodakı İslah Mərkəzi həbsxanadan çox yeniyetmə otağını xatırladır. Burada tibbi kabinetlər və kitabxana var. Bütün şərait yaradılıb ki, insanlar özlərini cəmiyyətin üz döndərdiyi kimi saymasınlar.

Boliviyadakı San-Pedro həbsxanası  - 20 il əvvəl yaradılmış unikal  haldır. Bu həbsxana paytaxt La-Pas-ın lap mərkəzindəki bütöv məhəllədə yerləşir. Mahiyyətinə görə, San-Pedro, həbsxanadansa, məhbuslar  tərəfindən idarə olunan icmadır. Hər tərəfdən hündür hasarla əhatələnmiş həbsxananın daxilində gözətçilər yoxdur, onlar perimetr boyu düzülüblər. Ümumilikdə San-Pedroda 3 min məhbus öz ailəsi ilə birlikdə yaşayır. İcmanın ərazisində faz qala açıq şəkildə narkotik ticarəti gedir. Başqa sözlə, bura həbsxanadan çox, daxmalar məhəlləsinə oxşayır.

Avstriyada ədalət məhkəməsinin cəzalarının çəkildiyi yer həbsxanaların çoxundan fərqlənir. Layihənin müəllifi olan Coəef Houşen  bu binanın çox işıqlı olmasına çalışıb. Binanın girişində iki yazı var. Burada məhbusların insani münasibət görmək hüququ  və şəxsi ləyaqət hissinin vacibliyi göstərilib.

İspaniyanın Aranhues həbsxanasında uşaqlara icazə verilir ki, həbsdə olan valideynləri ilə birlikdə yaşasınlar. Burada uşaq bağçası və meydançası var, divarlarda isə Disney multfilmlərinin personajlarının şəkilləri var. Bir sözlə, lazım olan hər şey edilib ki, uşaqlar valideynlərinin həbs edildiyini başa düşməsinlər.

İndoneziyanın Pondok Bambu həbsxanasında cəzanı lüks nömrədə yaşamaqla da çəkmək olar. Amma bu xidmət pulludur.  Bəzi məhbuslar isə belə kameralara rüşvətlə yol tapa bilirlər.

Arxadan bağlanan ağır qapıları olmasaydı Uelsdəki Kral həbsxanasını məktəb binasına oxşatmaq olardı. Burada təhsil üçün çoxlu sayda imkanlar, isti duşu olan idman zalı, stolüstü tennis və bilyard zalları var.

İsveçin Sollentun həbsxanasında məhbuslara yemək hazırlamağa, saatlarla televizora baxmağa və idman zalında məşğul olmağa icazə verirlər. Norveç və Finlandiyada olduğu kimi, burada da məhbusların reablitasiyası üçün skandinav metodundan istifadə edirlər.

Son illər İsveçrənin Çamp-Dolon həbsxanası tamamilə dolub və  hökumət 40 milyon dollara yeni korpus tikib. Eyni zamanda mövud olan kameralar yenilənib, daha müasir, geniş və rahat olub.

Norveçin digər həbsxanasında – Bastada isə məhbuslar ayrıca adada cəza çəkirlər. Cəza çəkirlər deyəndə ki, onlar burada vaxtlarını tennis oynamaq, balıq tutmaq, xizək sürmək və at minməklə keçirirlər.

Yaponiya əhalisi qocalmaqda davam edir, buna görə də yaşlılar üçün həbsxanalar daha geniş yayılır. Onomiçidə ömürlük həbs cəzası alanlar cəza çəkirlər. Burada dietik yeməklər verilir, həbsxana sakinləri isə vaxtlara paltar tikib, toxumaqla keçirirlər.

OXŞAR XƏBƏRLƏR