500 manata satılan avtomobillər – MƏLUMAT, FOTOLAR

500 manata satılan avtomobillər – MƏLUMAT, FOTOLAR
Avto 2 Sentyabr 2017 11:51 22132
500 manata satılan avtomobillər – MƏLUMAT, FOTOLAR

Xəbər verildiyi kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sentyabrın 26-da keçirəcəyi özəlləşdirmə hərracında digər əmlaklarla yanaşı, 11 avtomobil də özəlləşdiriləcək.

Seyyah.az turizm və avtomobil portalı xəbər verir ki, hərraca çıxarılacaq avtomobillər arasında «Toyota Land Cruiser GX», «Nissan Maxima», «Nissan Sunny», «Kamaz», «Maz», «Moskviç İJ 27 14», «UAZ-3303» və «QAZ-3201» markalarda olan avtomobillər var.

Onların ilkin satış qiyməti 500 manatla 9 min 500 manat arasında dəyişir.

Seyyah.az turizm və avtomobil portalı hərraca çıxarılan avtomobillər barədə əsas məlumatları və onların şəkillərini təqdim edir.

 

«Nissan Maxima» avtomobili, 2002, yürüş 515 min kilometr, qiymət 3500 manat

 

«Kamaz» avtomobili, 1986, yürüş 1 872 min kilometr, qiymət 5 min manat

 

«Kamaz» avtomobili, 1989, yürüş 1 584 min kilometr, qiymət 5,2 min manat

 

«Maz» avtomobili, 1987, yürüş 1 800 min kilometr, qiymət 3,3 min manat

 

«Moskviç İJ 27 14» avtomobili, 1987, yürüş 720 min kilometr, qiymət 500 manat

 

«UAZ-3303» avtomobili, 1988, yürüş 720 min kilometr, qiymət 600 manat


 

«Nissan Sunny» avtomobili, 2001, yürüş 455 min kilometr, qiymət 2000 manat

 

«Toyota Land Cruiser GX» avtomobili, 2001, yürüş 660 min kilometr, qiymət 9500 manat

 

«QAZ-3201» avtomobili, 1983, qiymət 600 manat

OXŞAR XƏBƏRLƏR