Azərbaycandan xaricə köçənlərin - SAYI AÇIQLANDI

Azərbaycandan xaricə köçənlərin - SAYI AÇIQLANDI
Xaricdə iş və miqrasiya 2 Sentyabr 2017 13:39 1650
Azərbaycandan xaricə köçənlərin - SAYI AÇIQLANDI

Azərbaycana ötən il daimi yaşamaq üçün gələn 3233 miqrantın 1402 nəfəri kişi, 1831-i qadın olub.

Seyyah.az turizm və miqrasiya portalının məlumatına görə, "Report" Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, gələnlərdən 15 nəfəri 0-4, 37-si 5-9 yaşlı uşaqlar olub.

Bundan başqa, gələnlərin 38 nəfəri 10-14, 65-i 15-19, 132-si 20-24, 384-ü 25-29, 474-ü 30-34, 445-i 35-39, 429-u 40-44, 338-i 45-49, 294-ü 50-54, 294-ü 55-54, 233-ü 55-59, 210-u 60-69, 95-i 70-79, 44 nəfəri isə 80 və daha yuxarı yaşlarda olub.

Ölkəyə gələnlərin 340 nəfəri 25-29, 331 nəfəri isə 30-34 yaşlı qadınlar olub.

Gələnlər arasında əmək qabiliyyətli yaşda olanlar 2829 nəfər, əmək qabiliyyətli yaşdan yuxarı olanlar isə 314 nəfər təşkil edib.

Ötən il daimi yaşamaq üçün Azərbaycandan gedən 1711 nəfərin isə 818-i kişi, 893-ü qadın olub.

Azərbaycandan gedənlərin 28-i 0-4, 31-i 5-9, 12-si 10-14, 70-i 15-19, 364-ü 20-24, 357-si 25-29, 234-ü 30-34, 254-ü 35-39, 99-u 40-44, 63-ü 45-49, 27-si 50-54, 11-i 55-59, 16-sı 60-69, 7-si 70-79, 3 nəfəri isə 80 və daha yuxarı yaşlarda olub.

Ölkədən daimi yaşamaq üçün gedənlərin 221 nəfərini 25-29, 219-nu isə 20-24 yaşlı kişilər təşkil edib.

Gedənlərdən 1577-si əmək qabiliyyətli, 111-i əmək qabiliyyətli yaşdan aşağı, 23 nəfəri isə əmək qabiliyyətli yaşdan yuxarıda olub. 

OXŞAR XƏBƏRLƏR