Dubayda at nalı formasında göydələn tikilir

Dubayda at nalı formasında göydələn tikilir
Əmlak 2 Sentyabr 2017 14:10 1153
Dubayda at nalı formasında göydələn tikilir

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində at nalı formasında olacaq göydələnin tikintisinə başlanılıb.

Bu barədə seyyah.az “Arabian Business” nəşrinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, binanın A və B qalalarından ibarət olması nəzərdə tutulub. A qalası 19 mərtəbəli olmaqla özündə 257 studiya tipli 2 və 3 otaqdan mənzilləri, hovuz, spa və idman zallarını, uşaqlar üçün oyun meydançasını birləşdirəcək. B qalası isə 18 mərtəbəli olmaqla 90 ədəd 3, 4 və 5 otaqlı mənzildən ibarət olacaq.

Yaşayış kompleksindəki mənzillərin qiyməti 225 min ABŞ dollarından başlayacaq.

OXŞAR XƏBƏRLƏR