“Baku Bus” işçi axtarır – VAKANSİYA

“Baku Bus” işçi axtarır – VAKANSİYA
Avto 4 Sentyabr 2017 11:46 371
“Baku Bus” işçi axtarır – VAKANSİYA

Baku Bus” MMC  vakant hüquqşünas yerinə  işçi qəbulu elan edir.

1. Cəmiyyətin fəaliyyəti ilə bağlı normativ hüquqi sənədlərin hazırlanmasında yaxından iştirak etmək;
2. Struktur bölmələrin əsasnamələrinin və daxili prosedurların hazırlanmasında iştirak etmək, hazırlanmış sənədlərin qanunauyğunluğunu yoxlamaq; 
3. Cəmiyyətin əmr və qərarlarının, həmçinin etibarnamə və məktubların layihələrinin hazırlanmasına köməklik göstərmək;
4. Müqavilələrin hüquqi ekspertizasını və tərtibatını həyata keçirmək;
5. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırmaq;
6. Cəmiyyətin tərəfdaşları ilə bağlanılacaq müqavilələrin standart formasının hazırlanıb struktur bölmələrə verilməsinin təmin etmək;
7. Hüquq-mühafizə, məhkəmə, və digər dövlət orqanları və qurumlarda səlahiyyətləri çərçivəsində Cəmiyyəti təmsil etmək; 
8. Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Tələblər:

 ali hüquqi təhsil, 
 Yaş həddi – Maksimum 30 
 Müvafiq sahədə ən azı 3 il təcrübə 
 ehtiyatlılıq və dəqiqlik qabiliyyəti,
 MS Office proqramında işləyə bilmək bacarığı,
 Azərbaycan dilində sərbəst danışmaq, oxumaq və yazmaq,
 İngilis və rus dillərini bilmək arzuolunandır.
 
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV-nizi (anketlərinizi)  cv@bakubus.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni qeyd etməklə göndərə bilərsiniz  

OXŞAR XƏBƏRLƏR