Kanadada vətəndaşlıq almaq proseduru – QAYDALAR

Kanadada vətəndaşlıq almaq proseduru – QAYDALAR
Xaricdə iş və miqrasiya 11 Sentyabr 2017 13:26 5564
Kanadada vətəndaşlıq almaq proseduru – QAYDALAR

Bir çoxları üçün Kanada vətəndaşlığını almaq həmişə maraqlı olub. Bu ölkə öz təbiəti və başqa xüsusiyyəti ilə həmişə immiqrantların diqqətini çəkib. Bunu nəzərə alaraq Seyyah.az turizm və miqrasiya portalı fins.az-a istinadən Kanadada vətəndaşlıq almaq qaydaları ilə bağlı proseduru qısa şəkildə təqdim edir.

Məlumat üçün bildirək ki, hazır ki, qaydalara görə Kanadada vətəndaşlıq almaq üçün ilk növbədə fiziki olaraq Kanadada olmalısız. Bunun üçün ən azından 6 il ərzində  1460 (4 il) gün bu ölkədə daimi yaşayış hüquqi almış şəxs kimi Kandada yaşamalısız. Həmçinin vətəndaşlıq almaq istəyən şəxsin 19 -dan çox yaşı olmalı və bu ölkənin iki rəsmi dilindən ən azı birini bilməlidir. Bundan başqa Kanada vətəndaşlığını almaq üçün aşağıdakı sənədləri doldurulmalıdır.

CIT0002E – sənədi doldurulmalıdır

Təhsil təqaüdü oxunmalıdır

Ərizə doldurulmalıdır

Sənədlər və ərizələr elektron formada göndərilməlidir

Ərizə qəbul olunduqdan sonra xüsusi testdən keçmək lazımdır

And içmə mərasiminə gedin və vətəndaşlıq paportunuzu əldə edin

Kanada Immigration and citizenship qurumu, ərizə verənin ərizəsinə baxdıqdan sonra onlar bildirişi aidiyyatı orqana göndərirlər və vətəndaşlıq verilməsi haqqında məlumat bazaya yerləşdirilir.

Bundan başqa aidiyyatı orqan təhsil təqaüdü olan Discover Canada: The Rights and Responsibilities of Citizenship (Öhdəliklər  və hüquqlar ) göndərir ki, bunu da vətəndaşlıq almaq istəyən şəxs testdən keçmək üçün mütləq bu  qaydaları yaxşı öyrənməlidir.

Daha sonra Immigration and citizenship (CİC) testin vaxt və tarixi haqqında vətəndaşlıq almaq istəyən şəxsə bildiriş göndərir. Bildirişdə imtahanın vaxtı göstərilir. İmtahan iki cür ola bilər şifahi və ya yazılı. Əgər vətəndaşlıq almaq istəyən şəxsin görmə qabiliyyəti zəifdirsə və ya əcnəbi dildə bir o qədər yaxşı yaza bilmirsə o zaman imtahan şifahi formada vətəndaş hakiminin iştirakı ilə həyata keçirilir. Daha sonra gələcək Kanada vətəndaşı imtahana gəlməlidir. Əgər vətəndaşlıq almaq istəyən şəxs test imtahanına gəlmirsə o zaman CİC tərəfindən həmin şəxsə müraciət yollanır və 30-90 gün ərzində şifahi şəkildə imtahan verməsi üçün şərait yaradılır. Qeyd edək ki, vətəndaşlıq sertifikatı bütün bu prosedurları keçdikdən sonra and içmə mərasimində verilir.

OXŞAR XƏBƏRLƏR