Əmlak alanlara vətəndaşlıq verən Avropa ölkələri – SİYAHI, ŞƏRTLƏR

Əmlak alanlara vətəndaşlıq verən Avropa ölkələri – SİYAHI, ŞƏRTLƏR
Xaricdə iş və miqrasiya 12 Sentyabr 2017 03:17 2764
Əmlak alanlara vətəndaşlıq verən Avropa ölkələri – SİYAHI, ŞƏRTLƏR

Daşınmaz əmlak alınması müqabilində yaşayış icazəsi almaq proqramları ölkələrin çoxunda mövcuddur. Bu, xüsusilə axının böyük olduğu istiqamətlərdə – Avropa, Kanada, ABŞ və digər ölkələrdə daha populyardır. Məhz ona görə, bu cür proqramları «qızıl viza» adlandırırlar.

 

Amma son bir neçə ildə bəzi ölkələrdə bu proqramların tələbləri dəyişib. Dünyadakı və ölkədəki iqtisadi vəziyyətdən, investisiya imkanlarından və regiondakı siyasi-iqtisadi vəziyyətdən asılı olaraq proqramlar sərtləşdirilir və ya yumşaldılır. Ölkələrin əksəriyyəti buna ölkəyə əlavə investisiya cəlb etmək və əhalini daha imkanlı şəxslərin hesabına artırmaq üsulu kimi baxır. Seyyah.az turizm və xaricdə əmlak portalı Avropanın populyar ölkələrində mövcud olan ən yeni «qızıl viza» proqrmlarını təqdim edir.

 

 

Yunanıstan

Yunanıstanda «qızıl viza» proqramı 2013-cü ilin may ayından başlanıb. 2015-ci ildə proqrama cüzi dəyişikliklər edilib.

 

Proqramın şərtləri

Şərtlərə görə, Yunanıstanda 250 min avrodan yüksək qiymətə yaşayış və kommersiya əmlakı əldə edən hər bir xarici vətəndaş bu ölkədə yaşayış icazəsi üçün müraciət etmək hüququ qazanır. Yaşayış icazəsi sonradan uzatmaq imkanı ilə 5 illiyə verilir.

 

Yunanıstanda yaşayış icazəsi alan xaricinin ölkədə qalması ilə bağlı minimum müddət nəzərdə tutulmayıb (bəzi ölkələrdə belə tələblər olur, onlara əsasən yaşayış icazəsi olan xarici ilin azı 2-3 ayını həmin ölkədə keçirməlidir - amma Yunanıstanda bu yoxdur). Amma xariciyə ölkədə işləmək hüququ da verilmir. Əvəzində xarici vətəndaş sonradan Yunanıstan vətəndaşdığı almaq üçün müraciət edərsə, onun yaşayış izni üçün alınmış 5 illik müddət nəzərə alınacaq. Başqa sözlə, bu ölkədə yaşayış izni alan vətəndaş 5 ildən sonra cəsarətlə vətəndaşlıq üçün müraciət edə bilər.

Qaydalara görə, Yunanıstanda yaşayış icazəsi investorun özü ilə yanaşı, ailəsi – həyat yoldaşı, həddi buluğa çatmayan uşaqları və valideynlərinə (hər iki həyat yoldaşının valideynlərinə) də aid olur. Sonuncular bu siyahıya 2015-ci ildə edilən dəyişikliklər sayəsində düşüblər.

 

Xaricilər harada nə alırlar?

Yunanıstanda yaşayış icazəsi almaq istəyən xaricilər əmlakı ən çox Rodos, Krit və  Korfu adalarında, Xalkidiki yarımadasında, eləcə də Afina və Saloniki kimi böyük şəhərlərdə əldə edirlər.

 

 

İspaniya

İspaniyada yaşayış izni verən «Qızıl viza» qaydaları 2013-cü ilin oktyabrından qüvvədədir.

 

Proqramın şərtləri

İspaniyada 2013-cü ilin oktyabrında qüvvəyə minən yeni investisiya proqramının şərtlərinə görə, ölkədə yaşayış icazəsi almaq üçün xarici vətəndaş burada azı 500 min avro dəyərində daşınmaz əmlak almalıdır. Məbləğin böyük olmasına baxmayaraq əlavə məhdudiyyət də var – alınan əmlak ipoteka kreliti olmadan əldə edilməlidir.

Əvəzində yaşayış icazəsi alan şəxs ailəsi ilə birləşmək yolu ilə buraya öz yaxın qohumlarını, eləcə də 21 yaşdan yuxarı uşaqlarını və iqtisadi cəhətdən ondan asılı olan valideynlərini dəvət edə bilər. İspaniyada yaşayış izni alarkən məhkumluğun olub-olmama barədə arayış da tələb olunmur.

Bu prosedurları uğurla keçənlər ilk olaraq bir illik rezident vizası alırlar. Sonra 2 illik müddətə yaşayış icazəsi verilir. Və bu müddət hər dəfə 2 il olmaqla uzadılır.

 

Xaricilər harada nə alırlar?

İspaniyada yaşayış izni almaq istəyən xaricilər əmlakı ən çox sahil ərazilərindən əldə edirlər. Bunlar Valensiya, Mursiya, Andalus, Asturiya, Kataloniya, eləcə də Kanar və Balear adalarıdır.

 

 

Cənubi Kipr

Cənubi Kipr üçün «qızıl viza» qaydası hələ 2009-cu ildən tətbiq edilib və o vaxtdan indiyədək dəyişməz qalıb.

 

Proqramın şərtləri

Qaydalara görə, Kiprdə 300 min avrodan artıq dəyərdə əmlak sahibi olan xaricilər yaşayış icazəsi və ya daimi yaşpayış yeri icazəsi almaq istəyərkən üstün durumda olurlar. Amma bu üstünlük həmişə müsbət cavab almaq demək deyil – ola bilər ki, tələb olunan əmlakın sahibi yaşayış icazəsi üçün müraciətinə mənfi cavab alsın. Söhbət proqramın tətbəqinə (yəni 2009-cu ilə) qədər Kiprdə əmlakı olanlardan gedir. Proqram çərçivəsində əmlak alıb yaşayış icazəsi istəyənlər isə qısa müddətdə – cəmi 2-3 ay ərzində 100% müsbət cavab alırlar.

Amma Kiprdə bəzi tələblərə əməl etmək lazımdır. Belə ki, yaşayış yeri icazəsi bir illiyə verilir və onu hər il yenidən müraciət etməklə uzatmaq lazımdır. İkincisi, ölkəni birdəfəyi 3 aydan artıq müddətdə tərk etdikdə icazə qüvvəsini itirir və onu yenidən rəsmiləşdirmək lazımdır. Ona görə də, investorların əksəriyyəti «qızıl viza» proqramından istifadə edərkən birbaşa daimi yaşayış yeri (DYY) üçün müraciət edirlər. DYY-da konkret müddət yoxdur və pasport dəyişdikcə avtomatik uzanır. Kiprdə «qızıl viza» qaydası sahibindən başqa onun həyat yoldaşına və uşaqlarına da aiddir.

 

Xaricilər harada nə alırlar?

Daimi yaşayış yeri almaq istəyən xarici investorlar Kiprin bütün ərazisindəki obyektlərlə maraqlanırlar. Amma əsas diqqət Limassol və Pafos şəhərlərinə yönəlir, çünki burada tələb olunan məbləğ daxilində çoxsaylı obyekt tapmaq olar.

 

Latviya

Avropanın bu gənc dövləti də 2016-cı ilin 1 iyulundan etibarən, yəni təqribən bir il əvvəl «İmmiqrasiya haqqında» qanuna dəyişiklik edib. Bu dəyişikliklərdə Latviyada «qızıl viza» almaq üsulları əksini tapıb.

 

Proqramın şərtləri

Şərtlərə əsasən, Latviyada yaşayış izni 5 illiyə verilir. Onu almaq istəyən investorlar Riqa, Yurmala, Adaj, Babit, Baldon, Tsarnikav, Qarkaln və digər regionlarda 250 min avroluq əmlak əldə etməlidirlər.

Ölkənin digər ərazilərində isə xaricilər 250 min avro qiymətə iki obyekt əldə edə bilərlər. Bir şərtlə ki, bu, torpaq sahəsi olmasın. Özü də bu zaman hər bir obyektin kadastr qiyməti azı 40 min avrodan (ümumilikdə 80 min avrodan) aşağı olmamalıdır.

Bundan başqa, yaşayış izni üçün ilk dəf müraciət edən investorlar aldıqları obyektin dəyərinin 5%-i qədər dövlət büdcəsinə ödəniş etməlidirlər. Başqa sözlə, azı 250 min avroluq əmlak alanlar büdcəyə 12500 avro ödəməlidirlər. Digər rəsmiləşmə posedurlarına da 500 avrodan 5000 avroyadək ödənişlər etmək tələb olunacaq. «Qızıl viza» alanlar buraya həyat yoldaşlarını və həddi buluğa çatmayan uşaqlarını da gətirə bilərlər.

 

Xaricilər harada nə alırlar?

Müşahidələr göstərir ki, Latviyada yaşayış izni almaq istəyən xaricilər ən çox Riqa və onun ətrayında, eləcə də Yurmalada əmlak alırlar.

 

Malta

Aralıq dənizindəki bu gözəl ada dövlətində investisiya yatırmaq yolu ilə yaşayış izni almağa imkan verən «qızıl viza» proqramı 2016-cı ilin mayın sonundan qüvvəyə minib.

 

Proqramın şərtləri

Maltada yaşayış izni almaq şərtləri maraqlıdır. Şərtlərə görə, xaricilər dövlət istiqrazlarına 250 min avro yatırmalı, 320 min avroluq (Qozo vilayəti və ölkənin cənubundakı ərazilərdə 270 min avroluq) daşınmaz əmlak almalı və ya ildə 12 min avroluq (Qozo vilayəti və ölkənin cənubundakı ərazilərdə 10 min avroluq) icarə haqqı ilə əmlak kirayələməlidirlər. Əsas şərtlərdən biri odur ki, əmlaka mülkiyyət hüququ və ya icarə müddəti azı 5 il çəkməlidir. Bundan başqa, dövlət büdcəsinə 30 min avro rüsum ödənilməlidir.

Yaşayış izni alan şəxs 5 ildən sonra əmlakını sata bilər, bu zaman onun yaşayış izni qüvvəsini saxlayır. Yaşayış icazəsinin müddətini artırmaq üçün adada yaşamaq ünvanı tələb olunur. Maltada «qızıl viza» almaq prosesi 3-4 ay çəkir. Əvəzində yaşayış izni alanların ölkədə vaxt keçirməklə bağlı tələbləri olmur. Sadəcə bu 5 il ərzində viza sahibi ya birdəfəyə 6 ay, ya da fərqli dövrlərdə ümumilikdə 10 ay ölkədən kənarda keçirməlidirlər.

Amma bir «amma» varMaltada «qızıl viza» proqrammı ilə yaşayış izni alanlar heç vaxt vətəndaşlıq üçün müraciət edə bilməzlər. «Qızıl viza» onun sahibindən başqa, həyat yoldaşına, həddi-buluğa çatmayan uşaqlarına, valideynlərinə, hətta nənə-babalarına və iqtisadi cəhətdən onlardan asılı olan böyük uşaqlarına da aiddir.

 

Xaricilər harada nə alırlar?

Maltaya üz tutan xaricilər əsasən dəniz kənarında əmlak alırlar. Bunlar inkişaf etmiş infrastruktura mak olan Slim, Sent-Culians, Bucibba-Aura, Mellix və sairdir. Burada dənizə baxan mənzil almaqla tələb olunan yatırım məbləğini ödəmək olar.

 

Potuqaliya

Portuqaliyada 2015-ci ilin 1 iyun tarixindən etibarən «qızıl viza» proqramına dəyişikliklər qüvvəyə mindi. Bu dəyişikliklər ölkəyə yatırım etməklə yaşayış izni almaq istəyən investoların imkanlarını genişləndirdi, prosedurları sadələşdirdi, nəzarəti isə gücləndirdi.

 

Proqramın qaydaları

Qaydalara görə, ölkədə yaşayış izni almaq üçün alınmalı olan əmlakın qiyməti dəyişməyib – 500 min avro. Bununla yanaşı, investorlar Portuqaliyadaki tarixi və köhnə əmlaklara 350 min avro yatırmaqla da «qızıl viza» ala bilərlər. Bundan başqa, ixazə evrilir ki, 500 min avroluq məbləğ bir yox, bir neçə obyektə yatırılsın.

Amma məhdudiyətlər də var. Belə ki, əmlak kreditlərsiz alınmalıdır və onu 5 il ərzində satmaq olmaz. Yaşayış icazəsi əvvəlcə 1 illik verilir, sonra isə onun müddəti hər dəfə 2 il olmaqla iki dəfə artırılır. % il başa çatıqdan sonra investor daimi yaşayış icazəsi, eləcə də Portuqaliya vətəndaşlığı almaq üçün müraciət edə bilər. «Qızıl viza» bütün ailə üzvlərinə şamil edilir.

 

Xaricilər harada nə alırlar?

Xarici investorlar Portuqaliyada ən çox iki regionda əmlak alırlar: Lissabon, o cümlədən Kaşkayş və Gştoril kurortları, və ölkənin cənubu – Alqarvedə, o cümlədən Albufeyra və Vilamoura şəhərləri, Vale-do-Lobo və Kvinta-do-Laqo kurortlarında. Əksər hallarda xaricilər yaşayış  evləri alırlar. Amma kommersiya obyektləri – restoran, mehmanxana və başqa əmlaklara da tələbat var.

 

Daşınmaz əmlak almaq yolu ilə yaşayış izni almaq üçün xərclərin müqayisəsi

Ölkə

Minimum investisiya məbləği

Yunanıstan

€250 000

İspaniya

€500 000

Kipr

€300 000

Latviya

€262 500

Malta

€330 000

Portuqaliya

€350 000

OXŞAR XƏBƏRLƏR