İranda böyrək daşı əməliyyatları neçəyədir ? - QİYMƏTLƏR

İranda böyrək daşı əməliyyatları neçəyədir ? - QİYMƏTLƏR
Sağlıq 12 Sentyabr 2017 20:14 4041
İranda böyrək daşı əməliyyatları neçəyədir ? - QİYMƏTLƏR

Böyrək daşları xəstəliyi ölkəmizdə ən çox yayılmış xəstəliklərdən biri hesab olunur.

Həkimlərin sözlərinə görə bu xəstəlik daha çox kişilərdə rast gəlir.

Növlərinə gəldikdə isə böyrək daşları oksolat, urat, fosfat, sistin daşları və eyni zamanda irinli böyrək daşlarına bölünür.

Azərbaycanda bu xəstəliyi neçəyə müalicə edirlər bunu yəqinki çoxları bilir.

Seyyah.az turizm portalı xəbər verir ki, fins.az azərbaycanlıların müalicə üçün ən çox üz tutduğu İranda bu xəstəlikdən müalicənin qiymətlərini öyrənib. Sayta müsahibə verən həkim Bəhmən Sübhani müalicə üçün azərbaycanlı pasientlərin daha çox Təbriz şəhərinə gəldiklərini bildirdi.

Bəhmən Sübhani əsasən böyrək daşlarının 80% -nin Flexibl lazerlə  əməliyyat olunduğunu qeyd etdi.

Həkimin sözlərinə görə 10 mm-dən böyük daşlar lazerlə əridildikdən sonra sidik vasitəsi ilə özü bədəndən asanlıqla xaric olunur. Nadir hallarda böyrək daşlarına görə açıq əməliyyatın həyata keçirildiyi bildirildi.

İranda böyrək daşlarının əməliyyatlarına gəlincə isə Bəhmən Sübhani bu məbləğin 50-300 manat arasında dəyişdiyini söylədi. Lakin bu qiymətlərin İran dövlət klinikalarında keçərli olduğu bildirildi.

Özəl xəstəxanalara gəlincə isə məbləğin bir qədər baha olacağı istisna edilmir. Məlumat üçün bildirək ki,  əgər müalicə müddətində xəstəxanada qalmaq lazım olsa  o zaman hər gün üçün 200-250 manat ödənməli olacaq. Bu qiymədə əməliyyatdan başqa bütün xidmətlər daxildir. Həkim müayinəsinə gəldikdə isə 20 manat ödəməklə müayinə olunmaq olar. 

OXŞAR XƏBƏRLƏR