Almaniyaya köçmək üçün - QANUNİ VƏ SAXTA ÜSULLAR

Almaniyaya köçmək üçün - QANUNİ VƏ SAXTA ÜSULLAR
Xaricdə iş və miqrasiya 12 Sentyabr 2017 20:31 11225
Almaniyaya köçmək üçün - QANUNİ VƏ SAXTA ÜSULLAR

Almaniyada İspaniya və ya Yunanıstanda olduğu kimi “Müvəqqəti Yaşama İcazəsi (MYİ) üçün daşınmaz əmlakın alınması və ya dövlətin qiymətli kağızlarına investisiyalar” kimi immiqrasiya proqramı yoxdur. Əvəzində digər imkanlar vardır ki, imkanlı xaricilər onlardan istifadə edə bilərlər.

Təəssüf ki, heç bütün məsləhətçilər bu haqda bilmirlər. Bəlkə də bilərəkdən insanları yanlışlığa sürükləyirlər. Nəticədə internet yalnız kağız üzərində işləyəcək biznesin yaradılması, saxta əmək müqavilələrinin və ya hətta saxta nikahların bağlanması haqqında elanlarla doludur. 

“Boz” sxemlərin nə ilə təhlükəli olması və Almaniyada bütün ailə üçün qanuni yaşama izninin necə alınması – hamısı bu materialdadır.

 

Əgər siz köçmək haqqında düşünürsünüsə, bu məqaləni yaddaşda saxlayın. Bu məlumat dəqiq sizə lazım olacaq. Hüquqşünas-iqtisadçı, Berlin Azad Universitetinin hüquq üzrə magistri, AVERS Group Germany GmbH şirkətinin idarəçisi, 10 ildir ki. Almaniyaya investisiyalı mühacirət və biznesin aparılması üzrə məsləhətlər verən German Montes bəzi leqal və qeyri leqal üsulları açıqlayır. 

 

Almaniyada yaşama izni alınmasının “boz” sxemləri

 

Saxta biznes - ən geniş yayılmış “boz” sxemdir.  

Mahiytyətcə, şirkətin açılması və ya satın alınması – yaşama izni alınmasının tam qanuni bir üsuludur. Bu üsul o zaman “boz” olur ki, onu əslində Almaniyada heç bir bizneslə məşğul olmaq istəməyən insanlara sırıyırlar. Onlar burada sadəcə yaşamaq, istirahət etmək, bütün Avropanı vizasın gəzmək istəyirlər... Lakin MYİ-nə namizəd olmaq üçün lazım olan tələbləri yerinə yetirmək məcburiyyətində qalırlar.

Göstərilən mövzuda əksər məqalələrdə tapmağın mümkün olduğu başlıca tələb isə - 5-10 nəfərin muzdla işə qəbul edilməsidir. Bircə düşünün, axı nə qədər xərc edir. Söhbət lazımsız şirkətin saxlanması üçün ayda on minlərlə avronun (!) xərclənməsindən gedir.

 

10 il əvvəl biz müştəri və onun üç oğlu üçün şirkətin qeydiyyatı əsasında Almaniyada yaşama iznini rəsmiləşdirdik. O, bir nəfər də olsun əməkdaşı işə götürmədi, milyonlarla investisiya qoymadı, yalnızca şirkətin nizamnamə kapitalına 12 500 Avro dövriyyə vəsaiti qoydu. Lakin biz sübut edə bildik ki, o, Rusiyada böyük əlaqələri olan inşaatçıdır – Almaniya üçün faydalı olacaq biznes yarada bilər. Bir çoxları o zaman bizim buna necə nail olduğumuza təəccübləndilər.

Yadındadır, bizim çalışdığımız  Kölnün iqtisadi inkişaf rəisi danışırdı ki,Toyota şirkəti onlara özlərinin ilk əməkdaşlarının yaşamasına icazə üçün müraciət edəndə cəmi səkkiz iş yerləri var idi. Əgər biz o vaxt onlara imtina etsəydik, onlar Avropada ən aparıcı müəssisələrdən birini yarada bilməzdilər.

Məsləhətçilər müştəriləri inandırırlar ki, şirkətdə əməkdaşların olması – mütləq şərtdir. Əslində isə bu yalnız səlahiyyətli orqanlar qarşısında biznes planı müdafiə etməməyə imkan verən tövsiyyədir. 

Əgər siz bu qədər iş yeri yaratmağa hazırsınızsa, alman məmurlarına sübut etməməyi bilərsiniz ki, sizin biznes regionun iqtisadiyyatı üçün faydalı olacaq. Əks halda – biznes-planı müdafiə edin. Əgər layihə savadlı mütəxəssislər tərəfindən tərtib edilibsə, burada mürəkkəb bir iş yoxdur. 

Lakin başlıca olanı - əgər sizin bu qədər vəsaitiniz varsa ki, siz saxta şirkəti saxlayasınız, sizə bu ümumiyyətlə lazım deyil. MYİ alınması üçün daha sadə üsul var. 

 

Qeyd etdiyimiz halda insan bizneslə məşğul olmaq istəyirdi. Eyni zamanda müştərilər müraciət edirdilər ki, onlar Almaniyada daha çox vaxt keçirmək, vizasız səyahət etmək istəyirdilər. Biz aydınlaşdırdıq ki. onlara sadəcə özlərinin imkanlı olmalarını sübuta yetirmək kifayətdir. Şirkət qeydiyyatdan keçirmək, iqtisadiyyata sərmayə qoymaq, daşınmaz əmlak almaq lazım deyil. Ümumiyyətlə - bir milyon avroya yaxın şəxsi kapitaldan başqa heç nə lazım deyil.  

Birinci yol – iş yerləri yaratmadan biznes – nadir haldır. İkincisi – iqtisadi mütəqilliyin təsdiqi – nonsens. Səfirlikdə qəbula da yaza bilmirdilər, çünki müraciət məqsədləri arasında müvafiq qrafa da yox idi. Bu barədə sadəcə heç kim bilmirdi. Elə indi də bir çoxları bilmir.

Məlumat qıtlığı səbəbindən də “boz” sxemlər çiçəklənir. Saxta nikahdan başqa insanlara “qurama” işədüzətmə də təklif etməyə başladılar.

2012-ci ildə Almaniyada “mavi xəritə” – yüksək gəliri olan ixtisaslı əməkdaşlar üçün Daimi Yaşama İcazəsi (DYİ) proqramı meydana gəldi. 2017-ci ilin məlumatlarına əsasən texniki mütəxəssislər üçün illik 38 700 Avro, yerdə qalanlar üçün isə 49 600 Avrodan başlayan əmək haqqının olması tələb olunur. Bəzi şirkətlər aşkar şəkildə yaşama iznini rəsmiləşdirmək üçün saxta işəgötürənlər tapmağı vəd edirlər.  

İnsan göstərilən sxemə razılaşır, əmək haqqı üzrə xərcləri öz pulları hesabına qarşılamaq, vəsaitləri Almaniyaya yarımleqal üsullarla köçürmək məcburiyyətində qalırlar. Belə hallar da məlumdur ki, mühacirlər işəgötürənlərdən iqtisadi asılılığa düşürlər. Onlardan icarəyə görə borclarla əlaqədar pul ödəmələri tələb edilir və onlar ödəmək məcburiyyətində qalırlar. Axı əgər şirkət bağlanarsa onlar Almaniyadakı statuslarını itirə bilərlər.

Yenə də əvvəldə olduğu kimi köhnə sxemə - saxta nikahlara  rast gəlmək olar. Baxanda görürsən ki, bu vəhşilikdir, lakin həm də imkanlı olan insanlar da buna gedirlər. Nəticədə onlar illərlə öz “arvadlarının” yanına getməklə birlikdə yaşadıqlarını sübut etmək məcburiyyətində qalırlar. 

 

Almaniyaya mühacirətin “boz” sxemi ilə razılaşan insan iki od arasında qalır. Bir tərəfdən vicdansız məsləhətçilər ondan “saxta” biznesə xidmət göstərilməsi üçün pullar qoparırlar. Digər tərəfdən alman hakimiyyəti mütəmadi olaraq yoxlamalar keçirir. O, daima qorxmaq məcburiyyətindədir ki, öz statusunu və onunla birlikdə Almaniyaya geri qayıtmaq hüququnu itirə bilər. Özü belə xaricilərin böyük əksəriyyəti qanuni üsullarla DYİ ala bilərdilər. 

 

 

Almaniyada yaşama izni alınmasının qanuni üsulları

 

Almaniyada “Xaricilərin qalması haqqında” federal qanun mövcuddur (Aufenthaltsgesetz).  O, müxtəlif həyat vəziyyətlərini əhatə edir ki, həmin hallarda daimi yaşamaya icazəı hüququ yarana bilər. Onların arasında – təhsil, nikah, yetkinlik yaşına çatmayanların valideynləri ilə birləşməsi, işədüzəlmə və sahibkarlıq var. Bundan əlavə, qanunun 7 saylı paraqrafı vardır, burada deyilir ki, “digər hallarda da DYİ-nə namizəd olmaq olar”. Qanunda detallar barədə heç nə yoxdur.

“Digər hallar nədir” sualına cavabı Almaniya Daxili işlər nazirliyinin təlimatında (Verwaltungsvorschriften zum Aufenthaltgesetz) tapmaq olar.

Burada deyirlir ki, həyati maraqlarının mərkəzini Almaniyaya köçürmək istəyən imkanlı xarici DYİ ala bilər. Eyni hüquq bağ evi kimi daşınmaz əmlaka malik olan və tətil dövründən ondan mütəmadi istifadə edən insana da təqdim edilir. Özü də daşınmaz əmlakın şəxsi və ya icarə götürülmüş olması dəqiqləşdirilmir. Nəvələrini daha tez-tez görmək istəyən, lakin ailənin birləşməsi yolu ilə DYİ ala bilməyən baba və nənələrə də məhdudiyyətlər qoyulmamalıdır.   

Bütün sadalanan halların hamısında, əgər namizədlər maliyyə müstəqilliyinə malik şəxslər olduğuqlarını sübuta yetirərlərsə, ərizə təqdim etmək olar.

     

«İqtisadi müstəqillik» – imkanlı insanlar üçün Almaniyada yaşama izni alınmasının ən sadə üsuludur. O, iqtisadiyyata investisiyaların qoyulmasını, sahibkarlıq fəaliyyətinin aparılmasını və ya daşınmaz əmlak alınmasını tələb etmir. Onu biznes-mühacirəti ilə müqayisə edək və hər birinin müsbət və mənfi tərəflərinə baxaq.  

 

«İqtisadi müstəqillik» və ya «Biznesin açılması »?

 

İqtisadi müstəqillik

Biznes açılması

Namizədə olan

tələblər

Dünyanın istənilən ölkəsinin yetkinlik yaşına çatmış vətəndaşları ərizə təqdim edə bilərlər.

Alman dilini bilmək tələb olunmur.

Dünyanın istənilən ölkəsinin yetkinlik yaşına çatmış vətəndaşları ərizə təqdim edə bilərlər.

Alman dilini bilmək – üstünlük olacaq.

Təhsil və təcrübə investorun məşğul olacağı fəaliyyət sahəsinə müvafiq olmalıdır.

 

 

 

 

 

 

 

 

 

 

 

Hər iki proqramda investorun yaşına aid sərt tələblər yoxdur. Lakin orta hesabla, 40 yaşdan yuxarı olan insanların DYİ almaları daha asandır. Onları sənədlərinə baxdıqda hakimiyyət qarşısında artıq yetişmiş insanı görür və onun Almaniyada nə ilə məşğul ola biləcəyini asanlıqla ehtimal edə bilir. Yeri gəlmişkən, 19 yaşlı ərizəçidə də böyük həcmdə şəxsi kapitala malik olduğunu sübut edə bilərsə status əldə edə bilər.

«İqtisadi müstəqilliyi» olan şəxslərə dil biliklərini sübuta yetirmək lazım deyil. Amma sahibkarlardan bu daha tez-tez tələb edilir. Lakin sizlərə səslənirik: bunu kompleks tələb kimi qəbul edin. Hər bir hal amillərin məcmusu üzrə fərdi qaydada nəzərdən keçirilir. Bəli, alman dilini bilən iş adamına DYİ almaq asan olacaq. Lakin bizim xarici dil bilməyən şəxslərə də status rəsmiləşdiridiyimiz uğurlu nümunələr də olmuşdur.  

 

 

İqtisadi müstəqillik

Biznes açılması

Kapital

(maliyyə imkanlarının təsdiqi)

Aktivlərin qiymətləndirilməsi: ailəyə 1 milyon avrodan başlayaraq (daşınmaz əmlak, biznes və s.)

İşindən asılı olmayaraq ailənin hər bir üzvünün aylıq 4-5 min avroluq mütəmadi (passiv) gəliri.

Ailəyə 100 000 Avrodan başlayaraq.

 

 

 

 

 

 

 

 

 

 

DİN qətnaməsində maliyyə müstəqilliyi haqqında yalnız ümumi sözlərlə danışılır. İnsan orta statistik yaşın sonuna qədər həyati standartlarla (mənzil, səhiyyə) təmin edilmiş olmalıdır. Söhbət həqiqətən də işləməyən və eyni zamanda mənzil, maşın, tibbi sığortanı ödəmək iqtidarında olan insanlar barəsində gedir... 

Bizim təcrübəmizə əsasən məhz belə məbləğlərə istiqamət götürmək lazımdır. Lakin yenə də fərdi qaydada nəzərdən keçirmək lazımdır. Ailənin mülkiyyətində icarəyə verilməyən və gəlir gətirməyən bir bahalı villanın olması bir məsələdir və tam başqa bir məsələdir ki, bu bankda olan hesab, dividendlər, gəlir gətirən əmlakdır…

Sahibkarlardan böyük məbləğdə şəxsi kapitalın təsdiqlənməsi tələb edilmir. Lakin əlbəttə ki, siz nə qədər çox göstərə bilərsinizsə, bir o qədər yaxşıdır

.

 

İqtisadi müstəqillik

Biznes açılması

Biznes-plan

Tələb edilmir.

Almaniya hakimiyyəti ilə razılaşdırılmış və təsdiqlənmiş biznes-plan lazımdır.

 

 

 

 

 

 

 

Biznes mühacirət üçün başlıca şərt – biznes-planın müdafiəsidir. Məmurlara və ticarət-sənaye palatasına sübut etmək lazımdır ki,biznes perspektivlidir və sizdə onu uğurla inkişaf etdirmək üçün lazımı bilik və təcrübə var.  

Xüsusən innovasiya şirkətlərinə üstünlük verilir, lakin bu doma deyil. Biz inşaat, ticarət, restoran biznesi sahələrində məşğul olan sahibkarlarla da işləmişik. Bu yaxınlarda biz Aram Mnasakanov və onun əməkdaşları – Rusiyada ən məşhur restoratorlardan biri, Peterburq, Moskvada, indi isə həm də Berlində məşhur restoranların sahibinə - DYİ əldə etdik. 

Bu hadisə ilə fəxr edirik, ona görə ki, İT sahəsinə aid olmayan biznes-planı alman paytaxtında müdafiə etmək olduqca çətindir, lakin biz buna nail ola bildik. Almaniyanın kiçik şəhərlərində bu daha asandır.

 

Sahibkarlıq vasitəsi ilə mühacirətin üstünlüyü ondan ibarətdir ki, böyük şəxsi kapitalın mövcudluğunu təsdiqləmək lazım deyil. Lakin bu yol yalnız həqiqətən Almaniyada biznes aparmaq istəyində olanlara uyğun gəlir. 

 

İqtisadi müstəqillik

Biznesin açılması

Daşınmaz əmlak

Mülkiyyətdə və ya uzunmüddətli icarədə yaşayış evi – daşınmaz əmlakın olması lazımdır.

Mülkiyyətdə və ya uzunmüddətli icarədə yaşayış evi – daşınmaz əmlakın olması lazımdır.

 

 

 

 

 

 

Artıq sizə DYİ razılığı verildikdən sonra daşınmaz əmlakı almaq və ya icarəyə götürmək lazımdır. Obyektin qiyməti, onun sahəsi və yerləşməsinə aid heç bir tələb yoxdur. Lakin yaşayış yeri kimi istifadə edilə biləcək adekvat sahə olmalıdır».

 

İqtisadi müstəqillik

Biznes açılması

Tibbi sığorta

Özəl tibbi sığorta polisi

Özəl tibbi sığorta polisi 

 

 

 

 

 

Sənədlərin təqdim edilməsi zamanı adi turistik tibbi sığorta, DYİ alınması zamanı isə - tam xidmət göstərilməsini təmin edəcək tam dəyərli tibbi sığorta edilir. Yaşama izni olmadan onu rəsmiləşdirmək mümkünsüzdür. Polisin təxmini qiyməti aya 350 avrodan başlayır. Bu pula siz özəl klinikalarda, ən yaxşı həkimlərin yanında, ən yüksək dünya standartları ilə xidmət əldə edəcəksiniz. 

 

İqtisadi müstəqillik

Открытие Бизнеса

Qohumlar üçün DYİ

İnvestor ilə birlikdə DYİ-ni onun həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları alırlar.

İnvestor ilə birlikdə DYİ-ni onun həyat yoldaşı və yetkinlik yaşına çatmayan uşaqları alırlar.

 

 

 

 

 

 

Əgər sizin uşaqlarınız 18 yaşına qədər DYİ alarlarsa, onun müddətini uzatmaq çətinlik törötməyəcək. Ehtiyat etmək lazım deyil ki, yetkinlik yaşına gəlib çatdıqdan sonra onlar statusu itirəcəklər. DYİ aldıqdan 5 il sonra onlar ümumi əsaslarla DYY rəsmiləşdirə bilərlər. 

 

Diqqət yetirin: hər iki üsul bütün ailə ilə birlikdə Almaniyaya mühacirət üçün uyğun gəlir. Özü də sizin iqtisadi müstəqilliyiniz və ya biznesiniz əsasında MYİ almış uşaqlarınız yetkinlik yaşından sonra onu itirmirlər. 

 

 

İqtisadi müstəqillik

Biznes açılması

Almaniyada yaşama

Qeyri-məhdud müddət ərzində (icazənin qüvvədə olduğu müddət ərzində) Almaniyada yaşamağa imkan verir.

Qalma üzrə minimal tələblər – yumşaqdırlar. 

.

Qeyri-məhdud müddət ərzində (icazənin qüvvədə olduğu müddət ərzində) Almaniyada yaşamağa imkan verir.

Qalma üzrə minimal tələblər – yumşaqdırlar. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sizin Almaniyada nə qədər müddət ərzində qalmanıza nəzarət yoxdur. İmkanlı insan 3-4 ölkədə yaşaya, qayıqda səyahət edə, Şengen üzrə səfərlər edə bilər – ona heç kim nəzarət etmir. Başlıcası mütəmadi olaraq Şemgen zonasında görünməkdir. Konkret minimal rəqəm – misal üçün, Almaniyada ilə 183 gündən az olmayaraq keçirməlisiniz – qanunda göstərilməyib.

 

 

İqtisadi müstəqillik

Biznes açılması

Təhsil və iş

Uşaqlar pulsuz təhsil və əgər məktəbi burada bitirmişdirlərsə Almaniya vətəndaşları kimi ATM-də oxumaq hüququ qazanırlar. 

Passiv biznes – məhdudiyyətsizdir, digər sahibkarlıq sahələri və ya muzdlu iş - əlavə razılaşdırmaların olmasını tələb edir. 

     Uşaqlar pulsuz təhsil və əgər məktəbi burada bitirmişdirlərsə Almaniya vətəndaşları kimi ATM-də oxumaq hüququ qazanırlar. 

Biznesi təsdiq edilmiş plan çərçivəsində hər hansı bir məhdudiyyətsiz aparmaq olar, muzdlu iş - əlavə razılaşdırmaların olmasını tələb edir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

Bizim 1 illik təcrübəmiz ərzində maliyyə müstəqilliyi əsasında MYİ almış müştərilərimizdən heç biri muzdlu işə düzəlməyə can atmayıb. Lakin qəfildən lazım olarsa, misal üçün, deyək ki, hansısa bir mühüm top-meneceri maraqlı bir vəzifəyə dəvət edərlərsə - bu halda sadəcə icazə almaq lazım gələcək.

OXŞAR XƏBƏRLƏR