Girnəni gəzməmiş Kipri tərk etməyin – ŞƏXSİ TƏCRÜBƏ

Girnəni gəzməmiş Kipri tərk etməyin – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 13 Sentyabr 2017 10:28 1085
Girnəni gəzməmiş Kipri tərk etməyin – ŞƏXSİ TƏCRÜBƏ

Yayın və səyahət mövsümünün bitməsinə kədərlənməyin. Qarşıda gözəlliyinə görə ondan geri qalmayan payız turizm idə var. Sentyabr ayında gedə biləcəyiniz ölkələrdən biri də Azərbaycanın «kiçik qardaşı» olan Şimali Kipr Türk Cümhuriyyətidir. İlin 300 günü günəşli olan bu gözəl adada dənizdə dincəlmək və adanın unikal tarixi ilə tanış olmaq mümkündür. Buraya gələn səyyahlar özlərini tamam başqa aləmdə hiss edəcəklər.

Facebook istifadəçisi Təbriz Səfərli Şimali Kipr Trk Respublikasına səyahəti ilə bağlı bəzi təəssüratlarını bölüşüb. Səyyah.az oxucularını maraqlı ola biləcəyini nəzərə alaraq həmin təəssüratları diqqətə çatdırır. Qeyd edək ki, yazının orijinallığını və üslubunu qorumaq üçün mətndə heç bir dəyişiklik etməmişik, ona görə də buradakı qrammatik səhvlərdən xəbərdarıq.  Beləliklə, Təbriz Səfərli yazır:

«Bu gördüyünüz yer Girneyə gələn turistlərin ən çox üz tutduğu məkanlardan biridir. Aralıq dənizi sahili boyunca çox saylı balıq restoranları, hotellər və casinolar fəaliyyət göstərir. Turistlərə yaxta gəzintisi də, təqdim olunur ki, ən münasib qiymətə tapa biləcəyiniz yaxta turu 50 TL-dir. Balıq restoranları isə biraz cib yandırır. Ən ucuz təamın qiyməti 35 TL-dən başlayır. Hələ ofitsiantları demirəm. Bəzisi var ki, az qalır adamın qolundan tutub restoranda otuzdursun.

Axşam saat 20:00 dan sonra restoranların bir çoxunda canlı musiqi gələn turistləri feyziyyab edir.

Buraya ən çox ingilis, rus, polyak, yevrey və çexiyalı turistlər üz tutur.

Əgər nə vaxtsa Girne şəhərinə gəlmək fikriniz olsa sizə limanda yerləşən Harbour italyan restoranını məsləhət görürəm. 120-130 TL ödəyərək həm ləziz yeməklərdən dada, həm də, gözəl mənzərədən zövq ala bilərsiz. 

Ölkə paytaxtı Lefkoşa bir gəzəyən üçün o qədər də, maraqlı deyil. Əsasən gecə klubları ilə məşhurdur.

Yalnızca çimərliyə gedib dincəlmək istəsəniz sizə 8-ci şəkildə olan Lapta şəhərində yerləşən Deniz Kızı çimərliyini məsləhət görürəm. Rahat şezlonqlar, daşlardan tamamilə arınmış əla qumsal və adrenalin həvəskarları üçün paraşüt, banan və s. extrim əyləncələr təklif olunur. Qiymətlər isə çox da, baha deyil.

Digər məsləhət görə biləcəyim yerlər isə Çatalköy yaxınlığında yerləşən Mavi Köşk və ölkənin bir başqa şəhəri olan Mağusa şəhəridir. Bura da, türbələr və s. tarixi binalar görə bilərsiniz.

Ümumilikdə şəhərlərin bir çoxu alçaq dağlarla əhatə olunub ki, bu da, ölkəyə bir başqa rəng qatır».

OXŞAR XƏBƏRLƏR