Dövlət qulluğu vəzifəsini tutmaq üçün - ŞƏRTLƏR DƏYİŞDİRİLİB

Dövlət qulluğu vəzifəsini tutmaq üçün - ŞƏRTLƏR DƏYİŞDİRİLİB
Təhsil və karyera 14 Sentyabr 2017 13:48 2067
Dövlət qulluğu vəzifəsini tutmaq üçün - ŞƏRTLƏR DƏYİŞDİRİLİB

"Dövlət qulluğu vəzifələrinin tutulması üçün şərtlər və qaydaların layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib".

Seyyah.az turizm və karyera portalının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurası sədrinin müavini Bəhram Xəlilov deyib.

Onun sözlərinə görə, layihədə bütün dövlət qulluğu vəzifələrinin tutulması üçün yeni şərtlər müəyyənləşidirilib: "Bu da ilk növbədə namizədlərin ixtisasına, xüsusi biliklərinə və bacarıqlarına dair şərtlərdir. Dövlət qulluğu vəzifələri fərqli olduğu kimi, onların tutulması da fərqlidir".

B.Xəlilov qeyd edib ki, hazırda dövlət qulluğu üzrə qanunvericiliyə dəyişikliklər etməklə normativ-hüquqi baza formalaşdırılır: "Yəqin ki, oktyabrda birinci test imtahanlarını keçirəcəyik. Bu imtahan bütün dövlət qulluğu vəzifələri üzrə olacaq. Dövlət qulluğuna test imtahanlarında sertifikat almaq üçün müvafiq keçid balları olacaq".

OXŞAR XƏBƏRLƏR