Azərbaycanda işsizlərə bu qədər müavinət verilir- MƏBLƏĞ

Azərbaycanda işsizlərə bu qədər müavinət verilir- MƏBLƏĞ
Təhsil və karyera 16 Sentyabr 2017 01:03 1404
Azərbaycanda işsizlərə bu qədər müavinət verilir- MƏBLƏĞ

Bu ilin sentyabrın 1-i vəziyyətinə iqtisadi fəal əhalinin sayı 5059,8 min nəfər olub.

Seyyah.az xəbər verir ki, iqtisadi fəal əhalinin 4809,1 min nəfərini məşğul əhali təşkil edib. 

2017-ci ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,6 saat olub.

Sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 36,7 min nəfər təşkil edib.

Onların 37,2 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 251,7 manat olub. 

OXŞAR XƏBƏRLƏR