AAAF Park sakinləri aksiya keçirib - Lift, qaz yoxdur

AAAF Park sakinləri aksiya keçirib - Lift, qaz yoxdur
Əmlak 17 Sentyabr 2017 16:54 1104
AAAF Park sakinləri aksiya keçirib - Lift, qaz yoxdur

AAAF Park yaşayış kompleksinin sakinləri etiraz aksiyası keçirib.

Seyyah.az turizm və əmlak portalı “Qafqazinfo”ya istinadən xəbər verir ki, sakinlər kompleksdə qaz və lift olmamasına etiraz edirlər.

Onlar biildirir ki, camaatdan qaz sayğaclarının pulu yığılsa da, 2 ildir qaz verilmir.

Bundan başqa, evlər satılanda əhaliyə binaların istilik sistemi ilə təchiz ediləcəyi barədə təminat da veriblər. Lakin, geridə qalan müddətdə verilən sözlərə əməl edilməyib. Camaat qarşıdan gələn qış aylarında mənzillərə istilik verilib-verilməyəcəyini bilmir.

Sakinlər bildirib ki, qaz, istilik və lift problemi tezliklə həll olunmasa aksiyaya davam edəcəklər.

OXŞAR XƏBƏRLƏR