Bu avtomobillər ucuz qiymətə satışa çıxarılıb - SİYAHI

Bu avtomobillər ucuz qiymətə satışa çıxarılıb - SİYAHI
Avto 18 Sentyabr 2017 01:30 1386
Bu avtomobillər ucuz qiymətə satışa çıxarılıb - SİYAHI

Seyyah.az Əmlak Məsələləri Dövlət Komitəsinə istinadla bildirir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. Bu dəfə 03, 17 və 26 oktyabr 2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri, gəmilər və kənd təsərrüfatı texnikası haqda məlumatları diqqətinizə çatdırırıq.

Qeyd: 

1-6-cı sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

7-ci sətirdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan  nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır

8-ci sətirdə “Bakı Metropoliteni” QSC-nin  balansında olan  nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.

Qeyd: 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası” Elmi Mərkəzinin  balansında olan  nəqliyyat  vasitələri 3-cü dəfə 10% endirimlə  təkrar hərraca çıxarılır.

         4-cü sətirdə Azərbaycan Respublikası Xüssusi Dövlət  Mühafizə Xidmətinin balansında olan  nəqliyyat vasitəsi 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır.

         5-ci sətirdə Azərbaycan Respublikası Baş Prokurorluğun balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

         6-cı sətirdə “Azərsu” ASC Birləşmiş Sukanal MMC-nin Zaqatala Sukanal İdarəsinin balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.

Qeyd: 1-7-ci sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan  nəqliyyat vasitələri 2-ci dəfə  təkrar hərraca çıxarılır

Qeyd edək ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

Əlaqə üçün tel:566-07-44 (Avtosfer.az)

 

OXŞAR XƏBƏRLƏR