1080-4000 manata avtomobillər satışa çıxarıldı - HƏRRAC

1080-4000 manata avtomobillər satışa çıxarıldı - HƏRRAC
Avto 18 Sentyabr 2017 20:36 2265
1080-4000 manata avtomobillər satışa çıxarıldı - HƏRRAC

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 17 oktyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Hərraca 8-i isə nəqliyyat vasitəlsi də çıxarılacaq.

Seyyah.az turizm və avtomobil portalı xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir. İlkin start qiyməti isə 1080 manatla  4 min manat arasında dəyişir.

 Opel Omega 150 manat, Doğan-S 1080 manat, Mitsubishi L200 2500 manat, Nissan Maxima 3700 manat, Volksvagen Passt 3400 manat və s. start qiymətilə hərraca çıxarılacaq.

 Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək mümkündür.

 http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=2596

 Vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur keçmələri kifayət edir. Bunun üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

OXŞAR XƏBƏRLƏR