Yeni “Toyota Prado”nun Bakıda satış qiyməti məlum oldu

Yeni “Toyota Prado”nun Bakıda satış qiyməti məlum oldu
Avto 20 Sentyabr 2017 23:13 2361
Yeni “Toyota Prado”nun Bakıda satış qiyməti məlum oldu

Frankfurt avtomobil sərgisində təqdim edilən 4-cü nəsil “Toyota Prado” Bakıya noyabr ayında gətiriləcək. Seyyah.az turizm və avtomobil portalı xəbər verir ki, “Toyota Bakı Mərkəzi”ndən bildirilib ki, 2018-ci il model “Toyota Prado” 4-cü nəsli daha geniş və komfortlu avtomobildir. Avtomobilin həm interyerində, həm də eksteryerində bir çox dəyişikliklər edilib. Bunlara yeni radiator barmaqlığını, faraları, yenilənmiş kapot və digərlərini misal göstərmək olar. Bundan əlavə, avtomobilin hündürə qalxma və enmə iş bucağı artırılıb.

Yeni “Prado”da kruiz kontrol, toqquşmaların qarşısını alan, qəfil çıxan piyada xəbərdarlığı kimi Safety Sense sistemi quraşdırılıb. Belə ki, avtomobilin qarşısında, yanlarında hər hansı maneə varsa sistem bununla bağlı dərhal xəbərdarlıq edir. Və yaxud sürücü maneə ilə məsafəni özü qeyd edirsə, avtomobil həmin məsafədə maneəyə yaxınlaşan kimi dərhal avtomatik əyləcləmə sistemi işə düşür.

E. Cəfərov bildirib ki, yeni “Prado” Azərbaycanda 3 versiyada satışa çıxarılacaq. 2.7l və 4.0 l benzin və 2.8 l dizel mühərrikli versiyalar təqdim ediləcək. Bu növ mühərriklər ilə avtomobil 0-dan 100 km/saat həddinə kimi 12.7 saniyəyə sürətlənir. İlkin olaraq 2.7 l mühərrikli versiya Bakıya gətiriləcək. Avtomobilin qiymətinin komplektasiyadan aslı olaraq 40-50 min dollar arasında olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR