Ucuz əmlak alanda vətəndaşlıq verən ölkələr – SİYAHI

Ucuz əmlak alanda vətəndaşlıq verən ölkələr – SİYAHI
Xaricdə iş və miqrasiya 21 Sentyabr 2017 08:36 6771
Ucuz əmlak alanda vətəndaşlıq verən ölkələr – SİYAHI

Xarici ölkə vətəndaşlağını almağın bir üsulu da həmin ölkədə əmlak almaqdır.

Amma adətən belə qaydanın işlədiyi ölkələrdə əmlakın qiyməti ilə bağlı tələb yüksəkdir – 250-500 min avro arasındadır.

Təbii ki, bu qədər vəsaiti olanların sayı azdır,

hətta olsa da, bu pula öz ölkəsində də rahat yaşaya bilər.

Amma bəzi ölkələr var ki, onlardan çox ucuz qiymətə

əmlak almaqla da vətəndaşlıq və ya daimi yaşamaq izni almq mümkündür.

 

Seyyah.az cəmi 35 min avroluq (70 min manatlıq) əmlak almaqla yaşayış icazəsi almaq mümkün olan ölkələri təqdim edir.

 

Çernoqoriya

Ucuz əmlak almaqla xaricə yerləşmək istəyənlər ilk növbədə nəzərlərini Çenoqoriyaya (Monteneqroya – fərqi yoxdur) yönəltməlidirlər. 2015-ci ilin noyabrında bu ölkədə qəbul edilən qanuna görə, Çernoqoriyada 35 min avroluq əmlak alan xaricilərə burada müvəqqəti yaşayış icazəsi verilir, yəni əmlakın sahibi btün il boyu ölkədə qala bilər.

Doğrudur, Çernoqoriya o qədər də ucuz ölkə deyil ki, burada həmin qiymətə ev tapmaq asan olsun. Hazırda sahilə yaxın ərazilərdə 1 kvadratmetrin qiyməti 1000 avrodur. Amma son vaxtlar qiymətlər enir və çox mümkündür ki, 35 min avroya layiqli əmlak tapmaq mümkün olsun.

Daha ucuz əmlak almaq istəyənlər Podqoritsaya üz tuta bilərlər. Burada qiymətlər dəniz kurortlarına nisbətən 20-30% ucuzdur. Ev alınan zaman çıxan əlavə xərclər isə evin qiymətinin 3%-i qədərdir.

 

Macarıstan

Azərbaycanlıların Avropaya qapısı sayılan Macarıstanda əmlak almaq sizə avtomatik daimi yaşayış icazəsi  vermir. Əvəzində bu icazəni almaqda böyük dəstək olur.

Macarıstanda yaşamaq istəyən və özünü saxlamaq iqtidarında olan istənilən xarici vətəndaş Macarıstanda müvəqqəti yaşayış izni almaq üçün ərizə verə bilər. Macarıstan miqyaslarına görə varlı sayılmaq çətin deyil. Bunun üçün bankda 10 min avronun olması kifayədir. Və bu pullardan istifadə etmək qadağan deyil – onun vasitəsilə kommunal haqqı ödəmək, ərzaq almaq və s. olar. Bir ildən sonra yaşayış iznini təzələmək lazım gəldikdə isə sadəcə hesabı yenidən 10 minə çatdırmaq kifayətdir. Daşınmaz əmlak isə orada qeydiyyata düşmək üçün lazımdır. Bu müvəqqəti yaşamaq izni almağın əsas tələblərindən biridir. Nəzəri olaraq xarici vətəndaş kirayədə qaldığı mənzilə də qeydiyyada düşə bilər, ama praktikada sizi öz evində şeydiyata salmağa razı olacaq birisini apmaq asan deyil. Üstəlik, yerli hökumət də öz əmlakı olanlara yaşamaq izni verməyə daha  meyllidirlər.

Mühüm məqam: Macarıstanda yaşamaq izni almaq üçün alınmalı olan əmlakın minimum qiyməti göstərilməyib. Bu o deməkdir ki, siz hətta macar kəndlərinin birinci atılmış bir evi simvolik qiymətə  alıb, göstərə bilərsiniz ki, onu yenidən qurub burada yaşayacaqsınız. Bunun müqabilində sizə ilkin icazə veriləcək – belə hallar olub. Amma bir ildən sonra yaşayış icazəsinin vaxtını uzatmaq lazım gəldikdə, hökumət orqanları yoxlayacaqlar ki, siz vəd etdiyiniz yatırımı etmisinizmi, yəni evi yenidən qurmusunuzmu? Ona görə də ekspertlər nə qədər ucuz olsa da dağılmış evi yox, nisbətən yaxşı vəziyyətdə olanı seçməyi məsləhət görürlər.

«Normal» əmlaka gəlincə, Macarıstanda qiymətlər doğrudan da aşağıdır. Məsələn cəmi 35 min avroya (70 min manat civarındadır) Budapeştin sakit rayonlvrında birotaqlı, hətta ikiotaqlı mənzil almaq olar. Doğrudur, belə mənzil böyük ehtimalla sovet dövründə tikilmiş, bizim «xruşşovka»lara oxşar binada olacaq və burada kosmetik təmir aparmaq lazım gələcək. Bölgələrdə isə seçim böyükdür. Xüsusilə Xeviz və Balaton göllərinin ətrafında, hansı ki, xaricilər burada yaşamağı xoşlayırlar, özünüzə sadə kənd evi tapa bilərsiniz. O ki qaldı əmlak alanlardan tutulan vergiyə, Macarıstanda bu vergi əmlakın dəyərinin 4%-ni təşkil edir və onu alıcı ödəməlidir.

 

Bolqarıstan

Avropada ən ucuz əmlak olan ölkə kimi məşhur olan Bolqarıstanda da «qızıl viza» (yəni əmlak almağın müqabilində yaşayış icazəsi verilməsi) proqramı var. Həmin poqrama əsasən, 306 min avroluq əmlak alan xariciyə avtomatik olaraq müvəqqəti yaşayış icazəsi verilir.  Amma bu proqramma maraq göstərən yoxdur, çünki bu məbləğ Bolqarıstan üçün fantastik dərəcədə böyükdür. Ona görə də hökumət bu məbləği 51 min avroya endirmək istəyir, amma hələlik qərar qəbul edilməyib.

Hələlik isə Bolqarıstanda uzun müddət yaşamaq istəyən xaricilərin əksəriyyəti bu ölkədə xarici şirkətin nümayəndəliyini açırlar. Qanuna görə, bu addım da ölkədə yaşamaq üçün əsas sayılır. Daşınmaz əmlak isə ona görə lazımdır ki, xarici şirkətin nümaəndəsi kimi yaşayacağınız yeri göstərə biləsiniz. Başqa sözlə, ölkədə uzun müddət yaşamaq məsələsini 306 min avro əvəzində ondan qat-qat ucuz qiymətə əmlak almaqla da həll etmək olar.

Belə ki, 35 min avroya Bolqarıstanın dənizkənarı ərazilərində geniş çeşiddə studio və birotaqlı mənzil tapmaq mümkündür. Dənizdən 30-50 km məsafədə isə bu qiymətə böyük bir ev almaq olar. Hətta paytaxtda da bu qiymətə əmlak tapmaq mümkündür. Bolqarıstanda əmlak alanda bələdiyyə vergisi ödənilir. Bu əmlakın harada yerləşməsindən asılı olaraq evin dəyərinin 1,5-3%-i ətrafındadır.

 

Türkiyə

Nəhayət, ucuz qiymətə yaşayış icazəsi almaq mümkün olduğu ölkələrdən biri də Türkiyədir. Burada istənilən qiymətə əmlak almaq müvəqqəti yaşayış icazəsi almağa imkan verir. 35 min avroya isə burada çox yaxşı variantlar tapmaq olar.

OXŞAR XƏBƏRLƏR