Qocalar üçün əsl cənnət şəraiti – ŞƏXSİ TƏCRÜBƏ

Qocalar üçün əsl cənnət şəraiti – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 21 Sentyabr 2017 15:28 950
Qocalar üçün əsl cənnət şəraiti – ŞƏXSİ TƏCRÜBƏ

Dünyanın bəzi inkişaf etmiş ölkələrində əhalinin müxtəlif həssas qrupları üçün yüksək səviyyəli sossial təminat və yaşayış şəraiti yaradılıb. Seyyat.az turizm və miqrasiya portalının məlumatına görə, belə ölkələrdən biri İsveçrədir.

 

Feysbuk istifadəçisi Xəyyam Qəhrəmanli İsveçrə və bu ölkədə qocalar üçün yaradılan şərait barədə gördüklərini bölüşüb. Seyyah.az xəbər verir ki, Gəzəyənlər qrupunda bölüşülən bu məlumatda Azərbaycan üçün də örnək ola bilən məqamlar var:  

 

«Doslar bu gün İsveçrənin Luzern Şəhərində qocalar evinə getmişdim təsüratlarimi sizinlə bölüşmək istəyirəm.Deməli İsvecrədə yaşi 65 olan hər bir yaşli insan, bu evlərə müraciət edib,burda yaşamaq haqqina malikdir.Şəkillərdən gördüyünüz kimi,qocalar evindən çox beş ulduzlu otelə bənzəyir qiymətləri öyrəndikdə isə,dahada şok olacaqsiniz.

 

Dövlət burda qalan hər bir xəstə və ya,yaşli üçün ayda təxminən 8000 Frank yəni,15000 manat pul ödəyir Saglamliq məsrəflərin (Krankenkasse) yəni, tibbi sigorta şirkətləri qarşilayir yerdə qalan xidmətləri yerli bələdiyyələr tərəfindən ödənilir.Xidmətlər isə yüksək səviyyədədir, misal üçün limitsiz yemək icmək, dərmanlar pulsuz, xüsusi maşinlarla həftədə iki dəfə səyahət və sairə.

 

Diqqətimi cəkən başqa məqam o oldu ki, bu evlərdə könüllülər siyahisi deyilən bir şey var. Misal ücün qocalara yardim etmək,onlarla gün keçirmək istəyirsiniz, əvvəlcədən müraciət edib bir form doldurursuz və,həftədə bir gün sizin üçün ayrilmiş bir yaşli xəstə ilə o günü bərabər keçirir, gəzməyə və ya, evinizə apara bilərsiniz. Belə könüllülərin sayi isə kifayət qədər çoxdur. Doslar bir sözlə İsveçrədə hər isin başinda İnsan aminli dayanir və,hər şey Vətəndaş üçündür. Qibtə ediləcək möhtəşəm bir Ölkədir İsveçrə!»

OXŞAR XƏBƏRLƏR