“Novostroyka”, yoxsa köhnə binalar? - Bakıda mənzilləri belə seçirlər

“Novostroyka”, yoxsa köhnə binalar? - Bakıda mənzilləri belə seçirlər
Əmlak 23 Sentyabr 2017 17:20 1142
“Novostroyka”, yoxsa köhnə binalar? - Bakıda mənzilləri belə seçirlər

Bakı əhlinin aktual müzakirə mövzularından biri mənzildir. Mənzil sahibi olmaq əksər şəhər sakinlərinin arzusudur. Bəs görəsən paytaxt əhli hansı mənzillərə üstünlük verir – Sovet dönəmində tikilmiş yoxsa son illərdə inşa olunmuşyeni tikililərə ?

Seyyah.az turizm və əmlak portalı “ACT Azərbaycan”nın 19 aprel – 1 may tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

 

Fikrini öyrəndiyimiz Bakı sakinlərinin yarıdan çoxu yeni tikililərə üstünlük verdiyini bildirib (53 %). Sovet dönəminin tikililərinə maraq nisbətən azdır (34 %).

Bəs hündür mərtəbəli binaları respondentlər üçün cəlbedici edən amillər hansılardır ?

 

  1. Yeni tikililəri sevdirən əsas səbəb onların geniş əraziyə malik olmalarıdır. Hündür mərtəbəli binaları seçənlərin yarıdan çoxu onları məhz bu səbəbdən seçdiklərini bildiriblər (65 %).

 

  1. “Novostroyka”nı sevdirən ikinci amil bu binaların strukturunun, həmçinin, kommunikasiya və təchizat sistemlərinin yeni qurulmasıdır (32 %).

 

  1. Yeni tikililərin gözəl xarici görünüşə malik olmaları mənzil seçiminə təsir edən amillər arasında ilk üçlükdədir (30 %).

 

  1. Yeni tikililəri bəyənənlərin beşdə biri onları sıfırdan dizayn etmə və ya planlaşdırma özəlliklərinə görə bəyəndiklərini bildirirlər (19 %).

 

  1. Hündür mərtəbəli binaları sovet dönəminin tikililərindən daha təmiz sayanlar da bu sorğuda ön sıralarda yer alıblar (13 %).

 

Yeni tikililer sekil AZE

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.

OXŞAR XƏBƏRLƏR