"Kimlərinsə "AAAF Parka"da gözü var" - AAAF rəhbəri

Əmlak 24 Sentyabr 2017 14:09 862
"Kimlərinsə "AAAF Parka"da gözü var" - AAAF rəhbəri

“AAAF Park” Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərov özü ilə bağlı dünən yayılan məlumatlara reaksiya verilib.

 

Onun həbs edilməsi və şirkətdə yoxlamaların başladılması xəbəri mətbuat katibi tərəfindən təkzib edilmişdi. 

 

T.Heydərov feysbukda bu məsələyə fərqli tərzdə cavab verib. O, “Azərbaycan mətbuatı Nəsimi filminə bənzəyir. Görəsən, bu neçənci Tofiq Heydərovdu həbs edirlər” deyə rəy yazıb.

 

Tofiq Heydərov bildirib ki, kimlərinsə "AAAF Park"da gözü var:

 

"Uzun illərdir bu işlər təşkil olunur (yalan xəbərin yayılmasını nəzərdə tutur-red). Kimlərinsə "AAAF Park"da gözü var.  Biz bunu dəfələrlə qeyd etmişik". 

****

“AAAF Holdinq” MMC-nin təsisçisi Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib. O, hər kəsi mətbuat vasitəsilə yayılan bu məlumatlara inanmamağa, aparılan qarayaxma kampaniyasına aldanmamağa çağırıb.

Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb, heç nəyi gizlətmədən ictimaiyyəti bilgiləndirmək qərarına gəlib. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib.

“Hörmətli izləyicilərim və dostlarım ötən gün mediada haqqımda yayılan xəbərlər və İcra orqanlarının hərəkətləri həqiqətən məni çox üzdü. Azərbaycanda olmadığıma görə Facebook hesabıyla sizlərə bildirirəm ki, narahat olmayasınız. Bu gün həqiqətən də çox acınacaqlı vəziyyətdir. Bunu 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhd adlandırıram. “AAAF Park” doğrudan da böyük ailədir. Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə “AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”.

OXŞAR XƏBƏRLƏR