Neftçalada bu avtomobillər buraxılacaq - FOTOLAR

Neftçalada bu avtomobillər buraxılacaq - FOTOLAR
Avto 24 Sentyabr 2017 22:33 4477
Neftçalada bu avtomobillər buraxılacaq - FOTOLAR

Seyyah.az turizm və avtomobil portalı xəbər verir ki, bu gün prezident İlham Əliyev Neftçılaya səfərində Neftçala Sənaye Məhəlləsinin açılışında iştirak edib və buradakı müəssisələrlə tanış olub. Məhəllədəki ən böyük müəssisə “Azərmaş” ASC – “İran Khodro” birgə avtomobil zavodudur.

Zavod 2017-ci ilin dekabrında işə düşəcək və burada ildə 10 min avtomobil buraxılacaq. Müəssisədə “İran Khodro” şirkəti 25 faizlik paya malikdir. Müasir texnologiyalar, avadanlıq və mexanizmlər əsasında qurulacaq zavodda “Runna”, “Samand”, “Soren”, “Dena”, “Peugeot-206”, “Peugeot-207”, “Renault-Tondar”, “Renault-Pickup” kimi avtomobil modelləri istehsal ediləcək.

Prezidentə bildirilib ki, artıq bu model avtomobillərdən yerli bazarda 4 min ədəd satılıb. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Ümumilikdə müəssisəyə 24 milyon manat yatırım edilib, hökumətin investorlara verdiyi güzəştlər sayəsində onun 2 milyon manatı investorlara qayıdıb.

Seyyah.az Neftçala avtomobil zavodunda buraxılacaq avtomobilləri təqdim edir:

 

"Runna"

 

“Samand”

“Soren”

 

“Dena”

 

“Peugeot-206”

 

“Peugeot-207”

 

“Renault-Tondar”

 

“Renault-Pickup”

OXŞAR XƏBƏRLƏR