Hansı “novostroyka”dakı mənzillərə “kupça” veriləcək?  - BURADAN ÖYRƏNİN

Hansı “novostroyka”dakı mənzillərə “kupça” veriləcək?  - BURADAN ÖYRƏNİN
Əmlak 27 Sentyabr 2017 22:30 5035
Hansı “novostroyka”dakı mənzillərə “kupça” veriləcək?  - BURADAN ÖYRƏNİN

Azərbaycanda bütün mənzil sahiblərinin, eləcə də mənzil almaq istəyənlərin çoxdan gözlədiyi mühüm yenilik baş verib. Seyyah.az turizm və əmlak portalı xəbər verir ki, bundan sonra yeni tikilinə binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən dəqiqləşdirə biləcəklər.

 

Bu Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) bir qədər əvvəl istifadəyə verdiyi yeni elektron xidmət sayəsində mümkün olub. Komitənin “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlanan elektron xidmətinin köməyi ilə istənilən şəxs, onu maraqlandıran yeni tikilidəki mənzillərə mülkiyyət hüququnu təsdiqləyən çıxarış veriləcəyini əvvəlcədən öyrənə biləcək.

 

Yeni xidmətdən istifadə etmək üçün komitənin emdk.gov.az rəsmi internet səhifəsində «Elektron xidmətlər» bölməsinə daxil olaraq adı çəkilən xidməti seçmək lazımdır. İstifadəçi, ölkə üzrə onu maraqlandıran şəhər, rayon, qəsəbə və ya kənd, küçənin adını, həmçinin tikinti şirkətinin (MTK-nın) adını qeyd etməklə mənzillərin dövlət reyestrindən çıxarışının mövcud olub- olmadığı haqda məlumat əldə edə bilər.  Tam avtomatlaşdırılmış xidmət nəticəsində tələb olunan məlumat dərhal təqdim edilir. Bu xidmət pulludur, yəni vətəndaş cəmi 10 manat ödəməklə istədiyi MTK-da mənzillərə çıxarış verilib-verilməyəcəyini öyrənə bilir.

 

Yeni xidmətin tətbiqi Azərbaycanın xüsusilə də çoxsaylı yeni tikililərin inşa edildiyi paytaxt Bakı üçün da yeni tikililərdə mənzil sahibi olan və ya belə mənzilləri almaq istəyən vətəndaşlar üçün mühüm hadisə, ümumilikdə daşınmaz əmlak bazarında şəffaflığı təmin edəcək ciddi yenilikdir. Bu yenilik nəticəsində yeni tikililər və onların sənədləri ilə bağlı bütün mənfi hallar, qeyri-şəffaflıq və müştərilərin narahatlığı aradan qalxacaq. Bu da daşınmaz əmlak bazarının sürətli inkişafına səbəb olacaq.

 

Bəs yaşadığınız və ya mənzil almaq istədiyiniz binadakı mənzillərə «kupça» verilib verilməyəcəyini necə öyrənmək olar?

 

Xidmətdən istifadə etmək çətin deyil. Bunun üçün istifadəçilər ƏMDK-nin rəsmi internet səhifəsinə (emdk.gov.az) daxil olaraq burada «Elektron xidmətlər» bölməsini seçməlidirlər.

Açılan yeni pəncərədə ƏMDK-nin elektron xidmətlərinin  siyahısı var. Bu siyahının aşağı hissəsində «İnformativ xidmətlər» bölməsində haqqında danışılan  “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” xidmətini seçmək lazımdır.

Bu zaman «Elektron hökumət» portalının səhifəsi açılır və istifadəçi burada göstərilən üsullardan biri ilə portala daxil olmaqla xidmətdən istifadəyə hazır olurlar

Yeni açılan pəncərədə  istifadəçi onu maraqlandıran rayon və ya şəhəri, küçəni və MTK-ni seçərək həmin binaya «kupça» verilib verilməyəcəyini öyrənir.

OXŞAR XƏBƏRLƏR