Azərbaycandakı "Facebook" bloqqerleri nə qədər qazanır? - MÜSAHİBƏ

Azərbaycandakı "Facebook" bloqqerleri nə qədər qazanır? - MÜSAHİBƏ
Təhsil və karyera 2 Oktyabr 2017 18:24 1788
Azərbaycandakı "Facebook" bloqqerleri nə qədər qazanır? - MÜSAHİBƏ

Günümüzdə tez bir zamanda məşhurluq qazananlardan biri də influencer-lərdi. Bəs influencerlər kimlərdir və onlar necə qazanc əldə edirlər? Seyyah.az turizm və karyera portalı xəbər verir ki, bu barədə sualları ölkəmizdə fəaliyyət göstərən təlim şirkətlərindən birinin rəhbəri Kənan Rəhimov cavablandırıb.

- İnfluencer nədir?

- İnfluencer latın sözü olub məlumatı cəmiyyətdə paylaşan cəmiyyətdə fikir formalaşdıran  deməkdir. Ona görə influencer qismində cəmiyyətdə populyar olan şəxslər iştirak edə bilər. İş adamları, məşhur bloggerlər, media nümayəndələri bu peşələrini sadaladığım şəxslər influencer sayılır. Bu gün piyar və brendinqlə bağlı şirkətlər daha çox bloggerlərə fokslaşıb. Misal üçün Rusiyada youtube bloggerləri artıq obraz kimi peşə kimi formalaşıblar. Onların fəaliyyət növüdə yetərincə təsirlidir. Misal üçün apple təqdimatını artıq bloggerlər və influencerlər vasitəsilə həyata keçirir. Əsasən satışa yönlənmiş təkliflər reklam olunur. Yeniliklər isə  hər hansı bir fikir formalaşdırmaq üçün daha çox məşhur simaların xidmətlərindən istifadə olunur. Bizdə əvvəllər məşhur simalardan daha çox istifadə olunurdu. Misal üçün gözəllik salonu açılırdı və salonun sahibi həmin yerə məşhur müğənniləri toplamaqla reklam edirdi həmin yeri. İndiki dövrdə daha çox müğənniləri yox aparıcıları və bloggerləri izləmək tendensiyası yaranıb..

- Azərbaycanda influencer sahəsi nə qədər inkişaf edib ?

- İnfluencer ölkəmizdə təzə inkişaf etməyə başlayıb.  Xarici ölkələrdə youtuberlər daha məşhurdur onlar baxış saylarına görə pul qazanırlar.

- Azərbaycanda influencer nə qədər qazanır və yaxın gələcəkdə nə qədər qazanacaqlar?

- Azərbaycanda İnfluencer-lər  var ki  ayda 500-600 manat qazanır. Oların qazancı videolarına baxış sayından deyil o videoda reklam etdiyi brenddən aldığı puldan qazanılır. Amma qazanc mənbələri çoxdur. Misal üçün google kampaniyasında hər paylaşdığınız videonun baxış sayı mindən çoxdursa  həmin şəxsin adına 1 dollar köçür. 1 milyon baxışısınız olarsa bu o deməkdir ki, min dollar qazana bilərsiz.

Əsas qazanclardan biri də influencerin özünün simasının piyarının aparmısıdr. Çünki həmin şəxs populyar olduqdan sonra həmin şəxsin tədbirlərə dəvətinin özünün qiyməti olur. İnfluencer peşəsi ölkəmizdə yeni-yeni formalaşır. Artıq bu sahədə formalaşmış mütəxəssislər var ki,aylıq 5-10 min dollar gəlir əldə edirlər. Təzə formalaşanlar isə  maksimium min dollara yaxın qazanc əldə edə bilirlər. Amma bu sahə ölkəmizdə də inkişaf etdikcə həm də seqmentləşmə olacaq. Misal üçün texno bloggerlər və s.

Misal üçün Rusiyada texno bloggerlərdən biri Vilsakom səhifəsidir bu sayt 6 ildən çoxdur ki, fəaliyyət göstərir və təkcə youtube də izləyicilərinin sayı 3 milyondan çoxdur. Bu yetərincə böyük rəqəmdir. Applenin təqdimatında Vilsakom  iki saat ərzində təqdimat aparıb. O zaman Vilsakom iki saat ərzində 10 min dollar qazanc əldə edib. Həmin vaxt bu məbləği təkcə doneytlərdən əldə edib. Birbaşa bağlantını isə eyni vaxtda  440 min nəfər izləyib (fins.az). 

OXŞAR XƏBƏRLƏR