Körpəyə tibb klinikasının adını qoyublar- FOTO

Körpəyə tibb klinikasının adını qoyublar- FOTO
Sağlıq 3 Oktyabr 2017 09:39 1960
Körpəyə tibb klinikasının adını qoyublar- FOTO

Ana olmaq hər bir qadın üçün böyük səadətdir. Bu səadətə qovuşmaq üçün ən uğurlu məkan isə doğum evidir...

Lənkərandan olan ana 3 yaşlı qızı Məryəmi müayinə üçün Bakıya gətirib. Paytaxtda - “Hayat clinic” tibb mərkəzində həkim-radiloq Fərhad Qarayev balaca Məryəmi maqnit-rezonans tomoqrafiyasında müayinə edərkən qəfildən gözləmə salonunda gənc ananın ağrısı başlayıb. “Hayat clinic” diaqnostika və poliklinika mərkəzi olduğundan burada vətəndaşlara terapiya, kardiologiya, nevrologiya, ginekologiya, urologiya, pediatriya, fizioterapiya və funksional diaqnostika üzrə tibbi yardım göstərilir. Buna görə də dərhal hamilə qadın üçün mərkəzə təcili tibbi yardım çağırıb. Lakin təcili yardım gələnədək gənc ananı müayinə edən mərkəzin həkimləri vaxt çatışmazlığını nəzərə alaraq doğuşu qəbul etmək məcburiyyətində qalıblar. Onların yüksək peşəkarlığı sayəsində Aytac Bayramlı çəkisi 4,1 kiloqram, boyu 55 santimetr olan oğlan övladını dünyaya gətirib. Az sonra isə təcili yardım maşını onu və körpəsini Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırıb. Körpəyə doğulduğu tibb mərkəzinin adını veriblər.

Gənc ana və qohumları “Hayat clinic”in həkimləri - ginekoloq Nərmin Əsgərovaya, pediatr Nərmin Məmmədovaya, tibb bacıları Kəmalə Səlimovaya və Lüdmila Mustafayevaya göstərdikləri qayğı və peşəkarlığa görə təşəkkür ediblər. Hazırda ananın və uşağın vəziyyəti normaldır. Qeyd edək ki,  Həyat ananın 3-cü övladıdır. /azərtac/

 

OXŞAR XƏBƏRLƏR