Xərçəng yox olmaq üzrədir…

Xərçəng yox olmaq üzrədir…
Sağlıq 4 Oktyabr 2017 14:48 1483
Xərçəng yox olmaq üzrədir…

   Elm adamları şiş hüceyrələri ilə əlaqədar etdikləri araşdırmada əhəmiyyətli bir kəşf ediblər. Edilən təcrübələrdə tək bir anticisimlə insanlarda rast gəlinən fərqli növdəki xərçəngli şişlər kiçildilib. İnsan müdafiə etmə sisteminin, normal şəraitlərdə xərçəngli hüceyrələri tapıb yox etməsi lazımdır, ancaq bu baş vermir. Elm adamları şiş hüceyrələrinin müdafiə etmə sistemindən necə qaçdıqlarına dair əhəmiyyətli bir nəticəyə gəliblər. Belə ki, araşdırmaya görə, şiş hüceyrələri ətrafında müdafiə etmə sisteminin yox edici hüceyrələrini söykəyən bir zülalın istehsalını əhəmiyyətli ölçüdə artırır. Bir anticisim isə müdafiə etmə sistemi üçün qırmızı işıq vəzifəsini boynuna götürən bu zülalın istehsalını artırır, beləcə xərçəngli hüceyrələrin qorunması ortadan qalxır. Xərçəng tamamilə yox olacaqmı?
İnsanlardan alınan fərqli xərçəngli şişləri siçanlara köçürən elm adamları, bir anticisimlə şişlərin kiçildiyini görüblər. Onlar beləcə xərçəngin ya tamamilə yox olduğunu ya da heç olmasa metastaza maneə törədildiyini qeyd ediblər.
Elm adamları insanlarda yumurtalıq, məmə, bağırsaq, sidik kisəsi, beyin, qaraciyər və prostat şişlərini araşdırıblar. Az qala bütün xərçəng hüceyrələri, CD47 zülalından, normal hüceyrələrin çıxardığından üç qat çoxunu çıxarıb. Bu zülal, müdafiə etmə sisteminin makrofajları ilə, yəni yeyici hüceyrələri ilə təmas etdikdə xərçəngli hüceyrənin yox edilməsinə maneə törədən bir silsilə kimyəvi təpkiyə səbəb olub. CD47 istehsalı nə qədər yüksək olsa xəstənin həyat müddəti o qədər qısalıb. İnsanlardan alınan xərçəng şişlərinin yerləşdirildiyi siçanlar üzərində edilən təcrübələrdə isə CD47 istehsalının blokada edilməsinin, müdafiə etmə sisteminin xərçənglə mübarizəsini gücləndirdiyi görülüb. CD47-yə maneə törədən bir anticisim verilməsi, fərqli növdəki xərçəngli şişlərin böyüməsini təmin edib. Kiçik şişlərin bir neçə həftə içində tamamilə yox olduğu, böyük və təcavüzkar şişlərin metastaz etmədiyi təsbit edilib.

OXŞAR XƏBƏRLƏR