Green card lotereyasına qeydiyyat başladı – QEYDIYYAT PULSUZDUR

Green card lotereyasına qeydiyyat başladı – QEYDIYYAT PULSUZDUR
Xaricdə iş və miqrasiya 5 Oktyabr 2017 00:03 10463
Green card lotereyasına qeydiyyat başladı – QEYDIYYAT PULSUZDUR

2019-ci il Müxtəliflik Vizası (Diversity Visa – Green Card) lotereya proqramına qeydiyyat başladı.

Seyyah.az turizm və miqrasiya portalı xəbər verir ki, oktyabrın 3-dən başlayan qeydiyyat noyabrın 7-də Vaşinqton vaxtilə saat 12-də bitir.

Ərizələr yalnız ABŞ Dövlət Departamentinin rəsmi veb səhifəsində doldurula bilər: www.dvlottery.state.gov.

Qeydiyyata düşmək üçün son günlərə qədər gözləməyin, böyük tələbat veb-saytın işində ləngimələr yaradır. Heç bir gecikmiş qeydiyyat qəbul edilməyəcək. Qanun yalnız hər bir şəxsə qeydiyyat dövründə bir dəfə qeydiyyatdan keçmə imkanı verir. Dövlət Departamenti təkrar girişi aşkar etmək üçün təkmilləşmiş texnologiyadan istifadə edir.

Konqresin təsdiqlədiyi Müxtəliflik İmiqrant Viza Proqramı hər il Dövlət Departamenti tərəfindən idarə olunur. Milliyyət və İmiqrasiya Aktının 203-cü bölməsi (c) Birləşmiş Ştatlara imiqrasiya göstəriciləri tarixən aşağı olan ölkələrin vətəndaşlarını “müxtəliflik imiqrantları” adlanan viza ilə (DV) təmin edir.

2018-ci il üçün 50,000 müxtəliflik vizası (DV) veriləcək. Müxtəliflik vizası proqramında qeydiyyatdan keçmək üçün ödəniş tələb olunmur.

Lotereyada seçilmiş ərizəçilər müxtəliflik vizası almaq üçün sadə, ancaq sərt tələblərə uyğun gəlməlidirlər. Kompüter ərizəçilər arasında təsadüfi seçim aparacaq.

Vizalar altı coğrafi region üzrə aparılır və hər bir regionda heç bir ölkə bir il ərzində mümkün MV lotereyalarının yeddi faizindən çoxunu ala bilməz.

 

Fırıldaqçıların toru

MV lotereyasının iştirakçıları və ona qatılmaq istəyənlər tez-tez fırıldaqçıların hədəfinə tuş gəlirlər. Məsələn, bəzi işbazlar adamları Müxtəliflik Viza proqramına qeydiyyatdan keçirmək üçün onlara yalan xidmət təklif edə bilərlər. Məsələn, deyə bilərlər ki, onlar ABŞ hökuməti ilə əlaqəli çalışırlar, ya xüsusi təcrübələri var və ya MV proqramı üçün tələb olunan xüsusi ərizə anketinə sahibdirlər. Onlar yalandan deyə bilərlər ki, iştirakçının seçilmə şansını artırmaq imkanları var və ya iddia edə bilərlər ki, hüququ çatmayan ölkə vətəndaşına Green Card qazandıracaqlar.

Belə fırıldaqçı insanlar müraciət prosesinin tamamlanması üçün yüksək məbləğdə ödəniş tələb edə bilərlər. Eləcə də ərizəçi ABŞ hökumətinə yaxın olduğunu iddia edən şəxslər və ya firmalardan  saxta e-maillər və məktublar ala bilər, Müxtəliflik Viza lotereyasını udduğu söylənə və viza üçün ödəniş etməsi istənə bilər. Nəzərə almaq lazımdır ki, belə e-maillər və məktublar Birləşmiş Ştatlara immiqrasiya etməyə ümid bəsləyən şəxslərdən yalnız pul qopartmaq məqsədi güdür.

MV lotereyası  fırıldaqçılarından qorunmaq üçün yadda saxlamaq lazımdır:

Lotereya üçün qeydiyyat pulsuzdur. Qeydiyyatdan keçən kimi Dövlət Departamenti sizə təsdiqləyici və eksklüziv nömrə göndərir. Əgər lotereyada seçilsəniz, uyğun viza ərizəsi üçün ödəniş edəcəksiniz və ABŞ səfirliyi, ya konsulluğuna viza müsahibəsinə çağrılacaqsınız.

 

Seçim təsadüfidir. MV seçim prosesini komputer aparır və burda ərizəçinin şansını artırmaq üçün heç bir vasitə yoxdur.

Qeydiyyat yalnız bir dəfə aparılmalıdır. Əgər bir adamın adına birdən artıq qeydiyyat aşkar edilsə, o zaman bütün qeydiyyatlar ləğv edilir.  MV üçün uyğun olan həyat yoldaşı ayrıca qeydiyyatdan keçə bilər. Bu, seçilmə şansını artırır: ər seçilmir, ancaq arvad seçilirsə, bu zaman ər də Green Card namizədi sayılır.

Dövlət Departamenti ərizəsi seçilmiş namizədlərə məktub və ya elektron məktub vasitəsilə xəbər vermir. Lotereyanın cavabları çıxanda ərizəçi özü online  bunu yoxlamalıdır.

Lotereyada qeydiyyatdan keçmək üçün başqasının xidmətindən istifadə etmək olar, ancaq bu, ərizəçinin seçilmə şansını artırmır. Digər tərəfdən, ərizəçi ona aid məlumatları ərizədə dəqiq göstərməlidir.

OXŞAR XƏBƏRLƏR