Bakıda avtomobillər ucuzlaşıb - QİYMƏT

Bakıda avtomobillər ucuzlaşıb - QİYMƏT
Avto 5 Oktyabr 2017 10:47 1260
Bakıda avtomobillər ucuzlaşıb - QİYMƏT

   Sentyabr ayı ərzində həm ənənəvi avtomobil bazarındakı satışda, həm də "online" avtomobil satışlarında aktivlik çox aşağı səviyyədə olub. Səyyah.az turizm və avtomobil portalı trend-ə istinadən bildirir ki, bu barədə əmlak üzrə ekspert Vaqif Hüseynov deyib. V.Hüseynov bildirib ki, hava şəraitinin kəskin dəyişməsi maşın bazarına da təsirsiz ötüşməyb: "Maşın bazarının aktiv iştirakçıları passiv iştirakçılara çevrilib".
Ekspert bildirib ki, satış qiyməti 20 min manata qədər olan işlənmiş avtomobillərdə qiymətlər təqribən 8-10 % aşağı düşüb, bahalı avtomobillərin qiymətində isə elə də dəyişiklik olmayıb.
V.Hüseynov vurğulayıb ki, adətən sentyabr ayından maşın bazarında aktivləşmə hiss olunurdu və bu, noyabrın sonuna qədər davam edirdi: "Dekabr ayında bayramlarla əlaqdər aktivlik aşağı düşürdü, yanvarın ortalarından sonra aktivlik yenidən artırdı. Ancaq bu il sentyabr ayında aktivlik artmadı".

OXŞAR XƏBƏRLƏR