Yaponlar avtomobil sektorunda inqilab yaradacaq

Yaponlar avtomobil sektorunda inqilab yaradacaq
Avto 5 Oktyabr 2017 17:47 1169
Yaponlar avtomobil sektorunda inqilab yaradacaq

  Böyük avtomobil istehsalçıları gələcəyin texnologiyası gözü ilə baxılan elektrikli maşınlara yönəlir. Digər tərəfdən, elektrikli avtomobil sektorunun  əsas problemlərindən biri, batareyaların doldurma müddətləri və buna bağlı olaraq bir dəfə enerji doldurma ilə qət ediləcək məsafədir.Elektrikli avtomobillərdə hazırda istifadə olunan litium ion batareyalar xilaskar olaraq görülsə də, təmin etdikləri güc və doldurma tutumları arzu edilənə çatmış deyil.Yaponiyanın texnologiya nəhəngi Toshiba, dünən verdiyi bəyanatla avtomobil sektorunda inqilab yarada biləcək bir mərhələyə imza atdığını bildirib. Səyyah.az turizm və avtomobil portalının məlumatına görə marja Toshiba-nın açıqlamasına istinadən xəbər verir ki, yeni inkişaf etdirilən SCİB batareyaları ilə yalnız 6 dəqiqəlik ultra sürətli enerji doldurma ilə 200 mil, yəni 320 kilometr məsafəni qət etmək mümkün olacaq. Mövcud texnologiya ilə, bu məsafəni qət etmək üçün ən azı batareyanın enerji yığması üçün 20 dəqiqə gözləmək tələb olunur. Yapon istehsalçının sürətli doldurma, batareyanın ömrü və möhkəmliyini qoruyan yeni texnologiyadakı sirrin, elektronların keçidini təmin edən anodlarda istifadə edilən material olduğu bildirilib.Toshiba-nın yeni nəsil batareya prototipi2008-ci ildəki SCİB batareyalarında litium titanyum oksid anodlar istifadə edən Toshiba, yeni nəsil batareyalarında isə titanyum və yumşaq bir metal olan niobium oksid anodlardan istifadə edir.Bu da elektrikli vasitələrdə geniş istifadə olunan qrafit, yəni yumşaq karbon əsaslı batareyalar ilə müqayisədə kristallaşdırma quruluşu sayəsində daha çox litium ionnun toplanmasını təmin edir.Toshiba, etdiyi açıqlamada yeni texnologiyanın 5 min doldurmadan sonra belə batareyanın tutumunun 90%-ni qoruduğunu qeyd edib.

OXŞAR XƏBƏRLƏR