Mehriban Əliyeva 210 mənzili köçkünlərə təqdim etdi

Mehriban Əliyeva 210 mənzili köçkünlərə təqdim etdi
Əmlak 6 Oktyabr 2017 08:55 950
Mehriban Əliyeva 210 mənzili köçkünlərə təqdim etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak edib. 

“Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunub. Burada ikisi 80, biri isə 50 mənzilli olmaqla 3 bina inşa edilib. M.Əliyeva bildirib ki, uyğunlaşdırılmış binalarda, ilk növbədə isə qəzalı vəziyyətdə olan evlərdə yaşayan insanların mənzil məsələlərinin həlli diqqət mərkəzindədir və gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.

 

OXŞAR XƏBƏRLƏR