İlk maşinistsiz yük qatarının sınaqları keçirilib

İlk maşinistsiz yük qatarının sınaqları keçirilib
Avto 6 Oktyabr 2017 11:15 1007
İlk maşinistsiz yük qatarının sınaqları keçirilib

“Rio Tinto” konserni Avstraliyanın Pilbara regionunda dünyada ilk maşinistsiz idarə olunan yük qatarının testinə başlayıb. Səyyah.az turizm və avtomobil portalı xəbər verir ki, bir neçə pilotsuz yük qatarının yaradıldığı “AutoHaul” layihəsinin dəfələrlə avtopilot proqram təminatı və digər gözlənilməz hallarla bağlı problemlərə görə təxirə salınmasına baxmayaraq, hazırda qatarın 2018-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Sınaq zamanı məsafədən idarə olunan qatar 100 kilometrə yaxın məsafəni qət etməklə avtopilot rejimində nəzarətçi maşınistlərin müşayiəti ilə hərəkət edib. Qatar müstəqil şəkildə 1 kilometr hərəkət etsə də, bu göstərici avtopilotun stabil işləyəcəyini və qarşıya qoyulan vəzifənin öhdəsindən gələcəyini nümayiş etdirib.Bildirilir ki, yükləri müstəqil çatdıra bilən qatarlar şirkətə çoxlu vəsaitə qənaət etməyə imkan verəcək. Belə ki, qatarda insanlar olmayanda dayanmağa, istirahətə və nahara ehtiyac qalmadığı üçün qatar təyinat məntəqəsinə daha tez çatacaq.Hər şeyin plan üzrə gedəcəyi təqdirdə dünyada ilk uzaq məsafəli maşinistsiz idarə olunan yük qatarının istifadəyə verilməsi nəzərdə tutulur.Qeyd edək ki, əksər ölkələrdə fəaliyyət göstərən “Rio Tinto” Avstraliya-Britaniya konserni böyüklüyünə görə dünyada üçüncü transmilli mədənçıxarma və metallurgiya şirkətidir.

OXŞAR XƏBƏRLƏR