Yağışlı havalarda maşında bunlara diqqət edin

Yağışlı havalarda maşında bunlara diqqət edin
Avto 6 Oktyabr 2017 12:22 904
Yağışlı havalarda maşında bunlara diqqət edin

Soyuq, yağışlı və qarlı havalar sürücülər üçün problemlər yaradır. Səyyah.az turizm və avtomobil portalının xəbərinə görə mütəxəssislər deyir ki, qəzaların qarşısını almaq, ciddi texniki problemlərin baş verməməsi üçün avtomobilləri soyuq hava rejiminə hazırlamaq lazımdır. Mövzu ilə bağlı avtomobil ustası Əli Sultanov deyib ki, əsas maşının təkərləri yoxlamadan keçməlidir: ""Şpor"lar normadan aşağı olmamalıdır. “Şpor”lar həddindən artıq yeyilibsə, “avtovlizinq” keyfiyyətini itiribsə, sürüşmə ola bilər. Həmçinin, təkərlərin təzyiqi nisbətən aşağı salınmalıdır”.

Usta deyir ki, təkərlərlə yanaşı, donmanın qarşısını almaq üçün mütləq antifrizdən (soyuducu maye) istifadə olunmalıdır: “Antifiriz mütləq dəyişilməlidir. Onu ölçmək lazımdır ki, mənfi neçə dərəcəyə qədər dözə bilər”.

Havalar soyuduqca isidici sistem işə keçir. Usta deyir ki, isidici sistemlər mütləq texniki nəzarətdən keçməlidir.

OXŞAR XƏBƏRLƏR