SOCAR-dan vəd: 30 manatlıq benzin kuponu

SOCAR-dan vəd: 30 manatlıq benzin kuponu
Avto 6 Oktyabr 2017 16:45 1365
SOCAR-dan vəd: 30 manatlıq benzin kuponu

SOCAR sürücülər üçün kampaniya keçirir. ASAN Radio ilə birgə həyata keçirilən kampaniyada iştirak edən istənilən sürücü 30 manatlıq yanacaq kuponu əldə edə bilər. Səyyah.az turizm və avtomobil portalı xəbər verir ki, kampaniyanın gedişində həftə içi 3 gün fərqli saatlarda ASAN Radionun efirində “Taksi vaxtı” verilişi yayımlanacaq. Hər verilişdə radionun aparıcısı tərəfindən elan olunan ASAN Xidmətə birinci yaxınlaşan sürücü qalib hesab olunacaq və 30 manatlıq kuponla mükafatlandırılacaq.

Qalib “SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrindən 30 manat dəyərində istənilən növ yanacaq əldə etmək şansı qazanacaq. QSC bundan sonra da müxtəlif növ kampaniyalarla müştərilərini sevindirmək niyyətindədir.

OXŞAR XƏBƏRLƏR