Nazimi əməliyyat edən həkimin əmlaklarına - Həbs qoyuldu

Nazimi əməliyyat edən həkimin əmlaklarına - Həbs qoyuldu
Sağlıq 7 Oktyabr 2017 22:45 914
Nazimi əməliyyat edən həkimin əmlaklarına - Həbs qoyuldu

“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.
 Səyyah.az turizm və sağlıq portalı xəbər verir ki, bu barədə APA-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib.

Vəkil bildirib ki, bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.

Qeyd edək ki, Nazim Pişiyari ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıbb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. Müğənni həkimin ciddi cəzalandırılmasını tələb edir. O, bununla bağlı Baş Prokurorluğa və Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

OXŞAR XƏBƏRLƏR