Azərbaycanda İİV-ə daha çox bu şəxslər yoluxur

Azərbaycanda İİV-ə daha çox bu şəxslər yoluxur
Sağlıq 9 Oktyabr 2017 10:04 1419
Azərbaycanda İİV-ə daha çox bu şəxslər yoluxur

Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır.

Azərbaycanda İİV infeksiyasına yoluxma daha çox inyeksion narkotik istifadəsi nəticəsində olur. Səyyah.az turizm və sağlıq portalı bunu Trend-ə Səhiyyə Nazirliyi Respublika QİÇS Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Natiq Zülfüqarov deyib.

Onun sözlərinə görə, İİV daşıyıcılarının 45,5%-də İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 43,2%-də heteroseksual, 2%-də isə homoseksual kontakt nəticəsində, 1,9%-də anadan uşağa keçməklə, 0,02%-də (1 nəfər) donor qanının köçürülməsi nəticəsində baş verib. Yoluxanların 7,4%-də yoluxma yolu müəyyən edilməyib. Azərbaycanda İİV-lə yaşayan 5269 nəfər rəsmi qeydiyyatdadır. İİV-ə yoluxanların 3796-sı (73,2%) kişi, 1473-ü (26,8%) qadındır.

N.Zülfüqarov bildirib ki, hazırda QİÇS mərhələsində olan vətəndaşların sayı 1383 nəfərdir. İndiyədək 828 nəfər İİV infeksiyasından dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR