"KQB"nin avtomobil satılır - 20 000 MANAT

Avto 9 Oktyabr 2017 11:12 1231
"KQB"nin avtomobil satılır - 20 000 MANAT

Əmlak Məsələləri Dövlət komitəsi 07 noyabr 2017-ci il tarixdə hərraca 9 nəqliyyat vasitəsini çıxardacaq.

 

Səyyah.az turizm və avtomobil portalı "marja"-ya istinadən xəbər verir ki, nəqliyyat vasitələrindən 4-ü KAMAZ-dır. Kamazların ilkin start qiyməti 4500-4680 manat arasında dəyişir.Hərraca, MAZ-5549, Moskvich İJ-2715, UAZ-3303, Tofaş Şahin avtomobilləri də hərraca çıxardılacaq. Onların start qiyməti 450-1200 manat arasındadır.Həmçinin hərraca Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin QAZ minik avtomobili də satışa çıxarılacaq. 1986-cı il istehsalı olan bu avtomobil 20 min manat start qiymətilə təklif olunur. Avtomobil 183852 km məsafə qət edib. 

 

Balanssaxlayıcı təşkilat (müəssisə)

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik  Xidməti

Nəqliyyat vasitəsinin markası

QAZ-minik

Buraxılış ili

1986

Yürüşü (km)

183852

Start  qiyməti (manatla)

20000

Yerləşdiyi yer

Bakı şəhəri

 

OXŞAR XƏBƏRLƏR