Toyuqların xərçəng dərmanı olan yumurtlaları

Toyuqların xərçəng dərmanı olan yumurtlaları
Sağlıq 10 Oktyabr 2017 09:25 1366
Toyuqların xərçəng dərmanı olan yumurtlaları

Gen texnologiyası ilə, yumurtalarda immunitet sistemini gücləndirən bir protein istehsal edən yaponlar, 900 dollarlıq xərci 90 dollara salmağı hədəfləyir.

Yapon alimləri, toyuqların xərçəng və gepatit müalicəsində istifadə ediləcək maddələr ehtiva edən yumurtalar verməsini (yumurtlamasını) bacarıblar.  Səyyah.az turizm və sağlıq portalının məlumatına görə "marja" xəbər verir ki, gen texnologiyası ilə yumurtalarda interferon beta adlanan immunitet sistemini gücləndirən bir protein istehsal edilib. İnterferon beta, dəri xərçəngi və gepatit müalicəsində istifadə edilir. Normal şərtlərdə interferon beta-nın bir neçə mikroqramını istehsal etməyin xərci 900 dollara çatır. Yeni üsulla öncə bu xərcin yarı-yarıya endirilməsi, gələcəkdə isə indiki qiymətin 10 faizindən (90 dollardan) daha az bir xərclə əldə edilməsi hədəflənir.

OXŞAR XƏBƏRLƏR