"Avtobusda 1 saatlıq yola 30 manat verdim" – ŞƏXSİ TƏCRÜBƏ

"Avtobusda 1 saatlıq yola 30 manat verdim" – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 10 Oktyabr 2017 20:11 1006
"Avtobusda 1 saatlıq yola 30 manat verdim" – ŞƏXSİ TƏCRÜBƏ

Dünyanın ən maraqlı ölkələrindən biri də Yaponiyadır. Amma digər ökələrdən, məsələn Avropadan fərqli olaraq Yaponiyaya gedən azərbaycanlıların sayı azdır və ona görə də bu ölkə dəbarədə məlumatlar o qədər də böyük deyil. Seyyah.az turizm portalı xəbər verir ki, Facebook istifadəçisi Azad Arzumanlı Yaponiya barədə təəssüratlarını bölüşüb. Oxucularımız və gələcəkdə bu gözəl ölkəyə getmək istəyənlər üçün maraqlı olacağını nəzərə alaraq bu təəssüratları təqdim edirik. Orijinalığı və stilini qoruyub saxlamaq üçün yazını sizə olduğu kimi, düzəlişsiz təqdim edirik və buradakı səhvlərdən xəbərdarıq. 

«Yaponiya mənə çox maraqlı idi. Bura gələndən sonra fikirləşdiyimdən də maraqlı olduğunu gördüm. Şəhər 24 saat oyaqdı. Günün bütün vaxtlarında adam olur şəhərdə. 1ci dəfə şəhərə gedəndə adam çox idi deyə başım qarışmışdı. Səhər saat 7in yarısı evə çatmışdım. Saat fərqi 5 saatdı. Məsələn Azərbaycanda günorta saat 5di. Burda axşam saat 10du. 

Dünyanın ən bahalı 3cü şəhəridi deyirlər. Aeroportdan düşəndə Şincukuya (Tokionun qəsəbəsi) gəlməli idim. Yol da 1 saatlıq yoldu. Onda avtobusa təxminən 30 manat verəndə dərk elədim ki Yaponiyadam. Ama ucuz olan şeylər də var. Burda Hiyaku yen shoplar var. Hər şey 1 dollara. Ərzaq malları, 1001 xırdavat, gündəlik lazım olan şeylər və s. Ora ucuz olur.

Texnologiya ölkəsindəyəm. Amma burda problem yaşadığım şeylərdən biri wifidi. Qaldığım yerdə internet sürəti 40dı. Sürət superdi. Ama problem şəhərdə wifi həddən artıq çoxdu. Ama girə bilmirəm. Kodsuz wifiyə də girəndə kod istəyir.

Oğurluq demək olar 0 dərəcəsindədi. Biz bura gələndə özümüzlə pul götürmüşdük. Evə qoymuşduq pulu. Narahat idik çölə çıxaq. Qapını bağlaya bilmirdik. Çünki bizlə qalanlar gəlsə qapını bağlı görəcəkdi. Sən demə qapını heç vaxt qıfıllamırlar. Açıq qalır. Demək olar qaraj yoxdu. Evin həyəti 1 maşınlıqdı. Böyük həyətli yapon evi yoxdu şəhərdə. Velosipedi də qoyurlar qalır. Bəziləri bağlamır heç. Çünki oğurluq olmur.

İnternetdə tez tez göstərirlər Yaponiya metrolarında adamları içəri itələyirlər. Hamıda səhv fikir yaranıb ki həmişə belədi. Deməli Yaponiyada metrolar 1in yarısı bağlanır. Sonuncu qatardı 1in yarısı gələn. Ona görə də o qatara hamı minməlidi. Burda metro 20 qəpik deyil ki, minə bilməsələr çölə çıxıb avtobusla getsinlər. 1 manat 70 qəpikdi bizim pulla. Amma metrodan metroya dəyişir. Məsələn mən Həzi Aslanovdan Neftçilərə 1 manata gedirəmsə, 28 Maya 1 manat 50 qəpik. Dərnəgülə 2 manata gedirəm. Burda sistem belədi.

Bura gələndə yolda çaşırdım. Çünki yollar tərsinədi. Normalda bizdə maşın sağ tərəflə gedir. Burda maşınlar sol tərəflə gedir.

İnsanları nə qədər imkanlı olsa da bomjlar da var. Əvvəl internetdən belə bir məlumat eşitmişdim ki, bunlar belə həyat tərzin özləri seçib. Düzdü yoxsa səhvdi bilmirəm.

Yaponlar dəhşət çox içirlər. Gecə yerdə yatıb qalan oğlanlar, qızlar görmək olur.
Xaricilərə qarşı maraq var. Fərqli tipdə birini görəndə baxırlar. Həm də mehribandılar bizə qarşı.
Qısa vaxtdı Yaponiyadayam. Bu qədər şey öyrəndim. Doğurdan da fikirləşdiyimdən də maraqlı gəldi mənə Tokio».
 

OXŞAR XƏBƏRLƏR