«Milan ən mənasız şəhər kimi yadımda qalıb» – ŞƏXSİ TƏCRÜBƏ

«Milan ən mənasız şəhər kimi yadımda qalıb» – ŞƏXSİ TƏCRÜBƏ
Şəxsi təcrübə 10 Oktyabr 2017 20:20 1253
«Milan ən mənasız şəhər kimi yadımda qalıb» – ŞƏXSİ TƏCRÜBƏ

İtaliyaya getməyi planlaşdıranlar bunu oxumalıdırlar. Seyyah.az turizm portalı xəbər verir ki, Facebook istifadəçisi, məşhur səyahətçi Najmaddin Traveler Milan şəhəri barədə təəssüratlarını bölüşüb. Oxucularımız və gələcəkdə bu gözəl ölkəyə getmək, şopinq etmək istəyənlər üçün maraqlı olacağını nəzərə alaraq bu təəssüratları təqdim edirik. Amma əvvəlcədən deyək ki, təəssüratlar sizi təəccübləndirəcək. Orijinalığı və stilini qoruyub saxlamaq üçün yazını sizə olduğu kimi, düzəlişsiz təqdim edirik və buradakı səhvlərdən xəbərdarıq.

 

«Milan səyahət planıma ən mənasız şəhər kimi iz qoyumuşdur. Gəziləcək, görüləcək yerlər məhdud sayda, mənə maraqsız və can sıxıcı şəhər kimi gəldi. Yalnız görə biləcəyiniz ən məhşur tikili-Milan Duomo və brendlərin cəmləşdiyi Galeria Vittorio Emanuela ola bilər. Biraz da gəzsəniz maksimum San-Siro və Da Vinçinin muzeyini görə bilərsiniz. Əgər Milana getdinizsə çalışın baha olsa belə otel və ya hostelinizi şəhərin mərkəzində götürün. Çünki nəqliyyat bizim üçün baha başa gəlir. Metrodan istifadə etmək üçün 1 gediş bileti 1.50 avrodur. Büdcəyə qənaət etmək istəyirsinizsə qəlyanaltını Galeriya da yerləşən Mc Donalds-da edin ))):D Günortanı ərəb restoranlarında pizza yeməklə keçirin, sora deməsinlər ki, İtaliyaya getdin pizza yemədin (ərəblərdən qidalansanız belə )))..:D) Duomonun qarşısında dayanan qara dərililərə aldanmayın.

 

Xanımlar! Makyaj vasitələrini shopping Mall-da görüb yadınızda saxlayın, düşüb aşağıda "Kiko"dan ucuz qiymətə alın..))) - özüm üçün almamışam..))):D

 

Milanı ancaq tranzit məqsədlə mükəmməl şəkildə istifadə edə bilərsiniz. Berqamo və Malpensa hava limanlarından Avropanın istənilən nöqtəsinə ən ucuz avia-kompaniyalar ilə səyahət edə bilərsiniz. Gördüyüm qədərilə Berqamo kiçik hava limanıdır və həmçinin low-costların birləşdiyi məkandır.

Lakin Malpensa avropanın nəhəng hava limanları sırasındadır və nisbətən aristokratları qəbul edir…)))):) Malpensaya uçuşunuzdan ən azı 6-7 saat qabaqcadan daxil olun və səfər edəcəyiniz ölkənin desklərini qabaqcadan dəqiqləşdirin, əks halda nəhəng hava limanı sizi cənginə alacaq..))):D

Yazılası çox şeylər var, davamını növbəti dəfə paylaşacam…)));)».

OXŞAR XƏBƏRLƏR