"Greencard"ı necə udmaq olar? - SƏFİRLİKDƏN AÇIQLAMA

"Greencard"ı necə udmaq olar? - SƏFİRLİKDƏN AÇIQLAMA
Xaricdə iş və miqrasiya 11 Oktyabr 2017 15:56 3235
"Greencard"ı necə udmaq olar? - SƏFİRLİKDƏN AÇIQLAMA

Qrin Kart Viza Lotereyasının müraciət prosesi davam etdiyi halda fürsətdən istifadə edərək proqram haqqında ən çox verilən bəzi sualları cavablandırmaq istərdik. Bu cavabların sizin üçün faydalı olacağına ümid edirik!

...::: Qrin Kartların sayında bir məhdudiyyət varmı? :::...
Diversity Immigrant Visa (Qrin Kart) proqramı hər il məhdud sayda viza verir. 2017-ci il üçün dünya üzrə 50.000 viza nəzərdə tutulub.

...::: ABŞ hökuməti mənə iş tapmaqda kömək edəcəkmi? :::....
Qrin Kart mühacir vizası sizə ABŞ-da yaşamaq və işləmək hüququnu verir. ABŞ hökuməti sizi nə yaşamaq yeri, nə də iş yeri ilə təmin etməyəcək.

...::: Qrin Kart proqramında iştirak etmək üçün nə qədər vəsait ödəməliyəm? :::...
Proqrama qatılmaq tamamilə ödənişsizdir. Siz viza haqqını yalnız əgər seçilərsinizsə ödəyəcəksiniz. Qrin Kart üçün viza haqqını ödəməyi tələb edən fırıldaqçılardan uzaq olun! Üçüncü şəxslərə pul verməyin!

...::: Mən keçən ildə istifadə etdiyim eyni fotoşəkildən istifadə edə bilərəmmi? :::....
Xeyr. Ötən ilki müraciətdən olan eyni fotoşəkilləri daxil edən sənədlər etibarsız sayılır. Mütləq son altı ay ərzində çəkilmiş fotoşəkildən istifadə etməlisiniz.

OXŞAR XƏBƏRLƏR