Qripdən qorunmaq üçün əla vasitə

Qripdən qorunmaq üçün əla vasitə
Sağlıq 12 Oktyabr 2017 11:27 1037
Qripdən qorunmaq üçün əla vasitə

Soyuq ayların gəlməsi ilə bəzi meyvələrin də mövsümü başlayır.

Xüsusilə də uşaqların ən çox sevdiyi naringinin yetişmə zamanıdır. Hətta dükan, bazarlarda artıq naringiyə rast gəlmək mümkündür.

Səyyah.az turizm və sağlıq portalı lent.az-a istinadən xəbər verir ki, bir çox xroniki sağlamlıq problemlərinin müalicəsi üçün lazımlı olan naringinin faydaları saymaqla bitməz. Bol C və A vitamini ilə döş xərçənginin qarşısını alan naringi gözəllik məsələsində də qadınların ən böyük dostudur.

- Naringinin tərkibində ən çox C vitamini var, amma A, B, B1, B2, B3, B6 vitaminləri ilə də zəngindir. Həmçinin naringi karbohidrat, kalsium, yağ, lif, potasium, sodium, dəmir, maqnezium, fosfor, brom və xüsusilə şəkər baxımından da zəngindir.
 
- Soyuq aylarda qrip, öskürək kimi soyuqdəymə xəstəliklərinin sağalmasına faydası var.
 
- Qanı təmizləyir
 
- Ürək və damar xəstəliklərinə qarşı qoruyucudur
 
- Xolesterolu və yüksək təzyiqi aşağı salmağa köpmək edir
 
- Sinirləri sakitləşdirir
 
- İmmuniteti gücləndirir
 
- Tərkibindəki C vitamini sayəsində döş, ağciyər, sütun xərçənglərinin qarşısını alır
 
- Piylənmə riskini azaldır
 
- Sağlam dəri toxumalarının formalaşmasına yardım edir. Tərkibindəki təbii antioksidantlar sayəsində dərini canlandırır.
 
- Kollagen prosesini sürətləndirən naringi, dəridəki qırışları aparır və dərinin daha gec yaşlanmasını təmin edir.
 
- Sızanaq problemi yaşayanlar üçün A vitamini sayəsində dəri xəstəliklərində müalicəedici effekt verir.
 
- Saçlarda ağarmanın qarşısını alan naringi, eyni zamanda, cansız saçları gücləndirərək, tez bir zamanda uzanmasına yardım edir.
 
- Yeməkdən 1-2 saat sonra yeyilən naringi yuxusuzluq problemi yaşayanlar üçün də faydalıdır

OXŞAR XƏBƏRLƏR