Yol polisindən nömrə ilə bağlı yeni açıqlama – PULSUZ OLACAQ

Yol polisindən nömrə ilə bağlı yeni açıqlama – PULSUZ OLACAQ
Avto 14 Oktyabr 2017 11:02 1502
Yol polisindən nömrə ilə bağlı yeni açıqlama – PULSUZ OLACAQ

Baş Dövlət Yol Polisi İdarəsinin avtomobillərin dövlət nömrə nişanında defis (-) işarəsinin pozulmasına görə sürücülərə xəbərdarlıq edərək bir ay vaxt verməsi ciddi müzakirələrə səbəb olub. Səyyah.az turizm və avtomobil portalının məlumatına görə fins.az xəbər verir ki, bu gün Avtosfer.az məsələyə bir daha aydınlıq gətirmək üçün Baş DYPİ-yə müraciət edib. İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, burada narahat olunası heç bir məqam yoxdur. Çünki söhbət nömrənin tam olaraq dəyişdirilməsindən yox, sadəcə həmin işərənin bərpa edilməsindən gedir: "Bunun üçün nömrəni dəyişdirmək lazım deyil. Artıq Baş Dövlət Yol Polisi İdarəsi müvafiq tapşırıqlar və avadanlıqlar verməklə DYP-nin rayon şöbələrini təlimatlandırıb. Sürücülər bir ay ərzində istənilən rayonun DYP şöbəsinə, eyni zamanda Baş DYP İdarəsinə, Bakı şəhər DYP İdarəsinə, DYP-nin stasionar postlarına, hətta yollarda xidmət aparan bəzi DYP avtomobillərinə yaxınlaşaraq həmin problemi aradan qaldıra bilərlər. Bütün əməkdaşlara göstəriş verilib. Hətta yolda da DYP əməkdaşlarına yaxınlaşıb soruşmaq olar. Əgər avtomobildə müvafiq avadanlıqlar varsa dərhal nömrəni standarta uyğun hala gətirib sürücüyə təhvil verəcəklər. Artıq bir neçə DYP avtomobilində belə avadanlıqlar var. Əməkdaşlar səliqə ilə həmin defiz işarəsini bərpa edə bilirlər. Bir ay ərzində heç bir sürücüyə cərimə yazılmayacaq. Lakin bir aydan sonra buna görə cərimə tətbiq olunacaq".

Kamran Əliyev sürücüləri sevindirəcək xəbər də verib. Bildirib ki, nömrədəki defis işarəsinin bərpa edilməsinə görə heç bir ödəniş tələb olunmur: "Pulsuzdur".

OXŞAR XƏBƏRLƏR