Bu avtomobil bir daha istehsal olunmayacaq - FOTO

Bu avtomobil bir daha istehsal olunmayacaq - FOTO
Avto 14 Oktyabr 2017 13:24 904
Bu avtomobil bir daha istehsal olunmayacaq - FOTO

Volkswagen şirkəti üçqapılı Scirocco hetçbekinin istehsalına son verib.

Səyyah.az turizm və avtomobil portalının xəbərinə görə artıq avtomobili sifariş vermək mümkün deyil, lakin arzulayanlar istehsal edilmiş modelləri əldə edə bilərlər. Bu barədə xəbəri alman istehsalçının mətbuat xidməti verib. Modelin carçısı olan Iroc konsepti 2006-cı ildə debüt etmişdi. Konsept 210 at qüvvəsi hasil edən 1.4-litrlik turbomühərriklə təchiz edilmişdi.Volkswagen Scirocco modelinin əmtəə variant 2008-ci ildə işıq üzü görmüşdü. Beşinci nəsil Volkswagen Golf  modelinin platformasında inşa edilmiş avtomobil 140-200 at qüvvəsi arasında gücə malik olan iki benzin və iki dizel mühərriki ilə təchiz edilirdi. 2009-cu ildə, avtomobilin 265 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərriklə təchiz edilmiş “qaynar” R-modifikasiyasının istehsalına başlanmışdı. 2012-ci ildə hetçbekin GTS modifikasiyası debüt etmişdi. Bu modifikasiya adı hetçbeklərdən kapot və damdakı zolaqlar, qırmızı rəngli əyləc supportları, dəyişdirilmiş bamperlər və R-variantına xas olan spoiler ilə fərqlənirdi.

Avtomobil 210 at qüvvəli 2,0-litrlik dörd silindrli turbomühərriklə hərəkətə gəlirdi. (autograph)

OXŞAR XƏBƏRLƏR