Dövlət avtomobilləri 1700-5200 manata satışa çıxarılır

Dövlət avtomobilləri 1700-5200 manata satışa çıxarılır
Əmlak 16 Oktyabr 2017 12:56 1327
Dövlət avtomobilləri 1700-5200 manata satışa çıxarılır

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 14 noyabr tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Səyyah.az turizm və əmlak portalının məlumatına görə fins.az xəbər verir ki, hərraca nəqliyyat vasitələri də çıxardılacaqdır.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin ilkin start qiyməti 1600 manatla 5 min 200 manat arasında dəyişir. 

2007-ci il istehsalı olan BMW-320 markalı avtomobilin ilkin start qiyməti 5 min 200 manat olmaqla alıcılar üçün olduqca əlverişlidir.

 

S/N

Balanssaxlayıcı müəssisənin adı

Avtonəqliyyat vasitəsinin markası

 Buraxılış ili

Start qiyməti

(manatla)

 10% beh

(manatla)

1.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

Tofaş Şahin

2004

1700

170

2.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

QAZ-31105

2006

1600

160

3.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

QAZ-3110

2008

1800

180

4.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

FIAT Doblo

2007

3500

350

5.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

FIAT Doblo

2007

3500

350

6.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

BMW-320

2006

5000

500

7.

Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatı

BMW-320

2007

5200

520

8.

“Bakı Metropoliteni” QSC

Boreks-2102” ekskavator

2004

2300

230

Qeyd:    8-ci sətirdə “Bakı Metropoliteni” QSC-nin  balansında olan  nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə  təkrar hərraca çıxarılır.

 

Qeyd:     Sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud  e–emdk.gov .az elektron portalı vasitəsilə  hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

 

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

OXŞAR XƏBƏRLƏR